Wolt Drive Veb Tətbiqindən istifadə edin

İlk gündən ekspress çatdırılma təklif edin

Wolt Drive Veb Tətbiqindən istifadə edərkən

İnteqrasiya və ya kodlaşdırma tələb olunmur. Müştərilərinizə dərhal çatdırılma imkanından yararlanmağı təfklif edin

Veb Tətbiqi haqqında daha çox məlumat əldə etmək istəyirsiniz?

Bir neçə Kliklə Çatdırılma

Sadə veb interfeysə daxil olun. Quraşdırma və ya inteqrasiya tələb olunmur.

Seçdikcə ödəyin

Ekspress çatdırılmadan hərtərəfli istifadə etməyə hazır deyilsiniz? İstənilən vaxt sistemdən çıxış edin. Heç bir ödəniş və ya öhdəlik yoxdur.

Canlı izləmə

Siz və müştəriləriniz sifarişin harada olduğunu və nə vaxt çatdırılacağını dəqiq bilirsiniz. Biz hətta öncədən sifariş seçimini təklif edirik.

Wolt Drive ekspress çatdırılma üçün ən etibarlı tərəfdaşınızdır

Tez-tez verilən suallar

Wolt Drive Veb Tətbiqi mənim üçün düzgün seçimdirmi?

Əgər siz sərmayə sərf etmədən, cəld və ani həll yolu axtarırsınızsa Wolt Drive-dan istifadə etmək ən doğru seçimdir. Veb Tətbiqi inteqrasiya tələb etmir və API inteqrasiyası hazır olana qədər Wolt Drive-dan istifadə etməyin ən asan yoludur. Ondan həmçinin vebsaytınız və ya tətbiqiniz olmadığı hallarda, məsələn, telefon və ya sosial şəbəkələr vasitəsilə sifariş qəbul etdiyiniz hallarda da istifadə edə bilərsiniz.

Drive Veb Tətbiqindən istifadə etmək üçün nə etməliyəm?

Sizə lazım olan tək şey etməkdir hesab yaratmaqdır. Veb tətbiqi inteqrasiya və ya yükləmə tələb etmir. Veb sayta və ya proqrama ehtiyac yoxdur.

Mağaza(lar)ım üçün Wolt Drive veb proqramından necə istifadə edə bilərəm?

Sifariş daxil olduqda, siz Web Tətbiqinizə daxil olursunuz, çatdırılma məlumatlarını və məhsul detallarını əlavə edirsiniz. Daha sonra Wolt Drive kuryer partnyorumuz məhsulu götürüb təyinat nöqtəsinə çatdırır. Siz həmçinin çatdırılma vaxtını öncədən təyin edə bilirsiniz.

Müştərilərimiz çatdırılmalarını necə izləyə bilərlər?

Məhsul yola düşdükdən sonra müştərilərə mesaj vasitəsi ilə canlı izləmə linki göndərilir

Mağazanızla işə başlamaq tez və asandır

Wolt Drive, Wolt tətbiqində olmasanız belə, istənilən sahibkar üçün əlçatandır. Nə satmağınızdan asılı olmayaraq rahat və sürətli çatdırılma. Kiçik, böyük, hər ölçüdə biznesi əhatə edirik – gəlin çatdırılma ehtiyaclarınız haqqında danışaq.