İstifadəçilər üçün Xidmət Şərtləri – Azərbaycan

Wolt Xidmətindən istifadə etməklə, siz, İstifadəçilər üçün bu Xidmət Şərtləri ilə razılaşmış olursunuz (“Xidmət Şərtləri”).

Xahiş edirik, Wolt xidmətindən istifadə etməzdən əvvəl aşağıdakı Xidmət Şərtlərini diqqətlə oxuyun. Əgər Xidmət Şərtləri ilə razı deyilsinizsə, Wolt Xidmətindən istifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri, Wolt Xidmətindən hər hansı bir istifadəyə və bunun əsasında bağlanmış Alğı-satqı müqavilələrinə şamil edilir. Wolt Xidmətinin daha ətraflı təsviri və sistem tələbləri haqqında məlumat wolt.com saytında mövcuddur.

Sizin Wolt-da İş Hesabınız varsa, bu Xidmət Şərtləri Wolt-da İş Funksiyası vasitəsilə sifariş verdiyiniz Sifarişlərə münasibətdə Sizə Wolt-da İş Funksiyası verən müştəri təşkilatımıza ("Müştəri Təşkilatı") da şamil olunur. Bu Xidmət Şərtləri və Müştəri Təşkilatı üzrə tətbiq olunan Wolt Korporativ Qaydalar və Şərtləri arasında hər hansı bir uyğunsuzluq olduqda, Wolt Korporativ Qaydalar və Şərtləri üstünlük təşkil edəcəkdir.

Xidmət Şərtləri Apple Inc. ilə deyil, bizimlə İstifadəçi arasında bağlanır və Apple Inc. Wolt Tətbiqetməsi və ya onun məzmununa görə məsuliyyət daşımır. Siz Apple Inc. və Apple Inc-in törəmə şirkətlərinin ("Apple") Xidmət Şərtlərinin üçüncü tərəf benefisiarları olduğuna razılaşırsınız və Xidmət Şərtlərini qəbul etdikdən sonra Apple Xidmət Şərtlərini üçüncü tərəf benefisiar kimi sizə qarşı tətbiq etmək hüququ əldə etmiş olacaq (və bu hüququ əldə etməyi qəbul etmiş hesab olunacaq). 

1.  Anlayışlar

"Kuryer tərəfdaş", Wolt ilə tərəfdaşlıq müqaviləsi bağlayaraq məhsulların çatdırılma xidmətlərini həyata keçirən fiziki və ya hüquqi şəxs və ya onları əvəz edən digər xidmət tərəfdaşı deməkdir.

"Tərəfdaş" Wolt ilə tərəfdaş müqaviləsi imzalamış və ticarətçi kimi Wolt Xidməti vasitəsilə satış üçün öz məhsullarını və çatdırılma və ya digər xidmətləri təklif edən restoran, pərakəndə mağaza və ya digər xidmət tərəfdaşı deməkdir. Wolt Xidmətində başqa hal nəzərdə tutulmayıbsa, bütün Tərəfdaşlar Azərbaycan Respublikasının istehlakçıların müdafiəsi sahəsində mövcud olan qanunlar çərçivəsində satıcılar hesab edilir.

"Alğı-satqı müqaviləsi", Sifariş əsasında Tərəfdaşın məhsullarını və mümkün çatdırılma xidmətlərini satın almağa dair sazişi bildirir. Wolt-da İş Funksiyası vasitəsilə edilmiş Sifarişlərlə əlaqədar olaraq, Alğı-satqı müqaviləsi Tərəfdaş və Müştəri Təşkilatı arasında icrası məcburi olan müqavilə yaradır. İstifadəçinin hər hansı digər ödəmə üsulu ilə yerləşdirilmiş Sifarişlərinə gəldikdə, Alğı-satqı müqaviləsi Tərəfdaş və İstifadəçi arasında icrası məcburi müqavilə yaradır.

"İstifadəçi" və ya "Siz" Wolt Xidmətindən istifadə edən fiziki şəxsi bildirir. İstifadəçi 18 və ya 18 yaşdan yuxarı yaşda olmalıdır.

“Wolt”:

Azərbaycan, Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Tower 2, AZ1065 ünvanı üzrə yerləşən Volt Azərbaycan MMC şirkəti.

"Wolt Tətbiqi", Wolt tərəfdaşlarından məhsul sifariş etmək məqsədilə fiziki və hüquqi şəxslər üçün Wolt tərəfindən yaradılan Wolt adlanan rəqəmsal tətbiqi (app) ifadə edir.

"Wolt-da İş Hesabı", Wolt-da İş Funksiyasının əlavə edilmiş olduğu Wolt Tətbiqində istifadəçi hesabı deməkdir.

"Wolt-da İş Funksiyası", Müştəri Təşkilatının səlahiyyət verdiyi İstifadəçilərin Müştəri Təşkilatının hesabına Sifarişlər verə biləcəyi Wolt Tətbiqetməsinin ödəniş metodu və xüsusiyyətini bildirir.

"Wolt Xidməti" həm Wolt Tətbiqetməsi, həm Wolt-un veb-saytı olan wolt.com, həm də wolt.com saytında qeyd edilən digər əlavə yerlər deməkdir.

2.  Wolt-un kimliyi

İstifadəçi Finlandiyadadırsa, Wolt Enterprises Oy, Pohjoinen Rautatiekatu 21, 00100 Helsinki, Finlandiya, biznes ID 2646674-9, ƏDV ID FI26466749,

İstifadəçi Azərbaycanda* olarsa, Azərbaycan, Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Tower 2, AZ1065 ünvanı üzrə yerləşən, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 1404631321, ƏDV eyniləşdirmə nömrəsi 1404631321 olan Volt Azərbaycan MMC şirkəti, 

Ticarət adı: "Wolt",

Elektron poçt ünvanı: support@wolt.com.

*Xahiş edirik nəzərə alın ki, Wolt Xidməti sizə hüquqi olaraq Azərbaycan ərazisində yerləşən hüquqi şəxs tərəfindən təqdim olunur, ödəniş xidmətləri isə Wolt Enterprises Oy adından üçüncü tərəf ödəniş xidməti provayderi vasitəsi ilə həyata keçirilir. Bu, həmçinin o deməkdir ki, Wolt Enterprises Oy Sizə mümkün olduğu təqdirdə ödənişlərin geri qaytarılmasına, şikayətlərə və digər Wolt Xidmətində olan əməliyyatlarınıza dair sorğulara görə köməklik göstərəcəkdir. Beləliklə, Wolt Xidmətinə aid olan hər hansı bir mübahisə və ya şikayət yarandığı halda, siz yuxarıda qeyd olunan məlumatlarla Wolt Enterprises Oy ilə birbaşa əlaqə saxlaya bilərsiniz.

Tərəfdaşların kimliyi, məhsulları və xidmətləri haqqında məlumat Wolt Tətbiqetməsi və Wolt veb-saytı vasitəsilə veriləcəkdir.

3.  Wolt Xidmətinin təsviri

3.1. Wolt, İstifadəçiləri, Tərəfdaşları və Kuryer Tərəfdaşlarını birləşdirən texnologiya platforması təqdim edir. Wolt texnologiyası İstifadəçilərə müxtəlif Tərəfdaşlardan qida və/və ya digər mallar üçün sifarişlər verməyə imkan verir və İstifadəçilər çatdırılma xidmətləri də sifariş edə bilərlər. Wolt restoran və ya yemək hazırlama biznesi ilə məşğul deyil.

3.2. Tərəfdaş, Wolt Xidmətində öz məhsul və mümkün xidmətləri, o cümlədən bununla məhdudlaşmayaraq, məhsulların xüsusiyyətləri, allergiyalar və istifadə təlimatları haqqında məlumat verirlər. Əgər sizdə allergiya və ya digər pəhriz məhdudiyyətləri varsa və ya başqa səbəbdən məhsullar haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, zəhmət olmazsa, müvafiq Tərəfdaşla əlaqə saxlayın. Siz həmçinin belə sorğular üçün sizin adınıza Tərəfdaşla əlaqə saxlaya biləcək Wolt-un müştəri dəstəyi ilə əlaqə saxlaya bilərsiniz. Bununla belə, Tərəfdaş məhsullar haqqında ən son, dəqiq, və qanunla tələb olunan məlumatların təmin edilməsinə, o cümlədən müvafiq qiymətlər haqqında məlumatın təqdim edilməsinə və müvafiq qanunlara uyğun olaraq tələb olunduğu hallarda vahid qiymətin göstərilməsinə görə cavabdehdir. Nəzərə alın ki, Tərəfdaşın məhsullarının və mümkün xidmətlərinin alğı-satqısı Wolt Xidmətində göstərildiyi kimi hər bir halda Tərəfdaşın və ya Woltun əlavə şərtlərinə tabe ola bilər.

3.3. İstifadəçi, Tərəfdaşdan almaq istədiyi Tərəfdaşın məhsul və xidmətlərini seçərkən və Wolt Xidmətində sifariş yerləşdirməzdən əvvəl ona təqdim olunan qaydalar və şərtlərlə Tərəfdaşdan məhsul və xidmətlər almaq üçün icrası məcburi sifariş ("Sifariş") verir. Sifarişi aldıqdan sonra Wolt Sifarişin detallarını Tərəfdaşa ötürür. Sifariş Tərəfdaş tərəfindən qəbul edildikdə və Wolt İstifadəçiyə Tərəfdaşın adından sifarişin təsdiq olunması haqqında məlumatı təqdim etdikdə, İstifadəçi və ya Müştəri Təşkilatı və Tərəfdaş təqdim edilmiş məhsulların və ya mümkün digər xidmətlərin alğı-satqı müqaviləsinə daxil olur. Bəzi hallarda çatdırılma xidmətinin alınması üçün Alğı-satqı Müqaviləsi qəbzdə əks olunduğu kimi Tərəfdaşla deyil, Wolt ilə bağlanır. Wolt İstifadəçiyə Tərəfdaş adından qəbz təqdim edəcəkdir. Sifarişin yerinə yetirilməsi onun mövcudluğundan asılıdır və Wolt öz mülahizəsinə əsasən, Sifarişi Wolt Xidməti vasitəsilə icraya qəbul etməmək və ya ləğv etmək hüququnu özündə saxlayır.

3.4. Çatdırılma xidmətləri sifariş olunarsa, platforma Kuryer Tərəfdaşına çatdırılma imkanının mövcud olduğu barədə məlumat verir və tətbiq İstifadəçiyə çatdırılmanın tamamlanmasını asanlaşdırır. Tərəfdaşlar və ya Wolt, müvafiq hallarda Wolt Xidmətində daha ətraflı şəkildə müəyyən edilmiş çatdırılma haqqı və xidmət haqqını İstifadəçilərdən tuturlar.

3.5. İstifadəçi tərəfindən seçilmiş Tərəfdaş, Sifarişdə göstərilən məhsulları İstifadəçi üçün hazırlayır və/və ya toplayır. Wolt, Alğı-satqı Müqaviləsinin Tərəfdaş tərəfindən lazımi qaydada icrası üçün İstifadəçi qarşısında cavabdeh deyil və ya məsuliyyət daşımır. Wolt son nəticədə Kuryer Tərəfdaşları tərəfindən təqdim olunan çatdırılma xidmətlərinə görə məsuliyyət daşımasa da, Wolt keyfiyyətsiz çatdırılma xidmətlərinə görə İstifadəçilərə hər hansı kompensasiyanın verilməsini təşkil edə bilər.

3.6. Wolt Xidmətindən istifadə etdiyiniz zaman satınalma üçün minimum dəyər tələb oluna bilər, bu halda siz Wolt Xidmətində Sifariş verməzdən əvvəl bu barədə məlumatlandırılacaqsınız. Sifariş minimum tələb olunan dəyərə cavab vermədikdə, minimum dəyəri ödəmək üçün fərqi ödəmək və ya Sifarişinizə daha çox məhsul əlavə etmək imkanınız olacaq. Tərəfdaş Wolt Xidmətində mövcud olan məhsullarının seçimini və qiymətlərini öz mülahizəsinə əsasən müəyyən edir. Tərəfdaş həmçinin Sifarişinizə müəyyən məhdudiyyətlər qoya bilər, məsələn, Sifarişin kəmiyyət məhdudiyyətləri və ölçü məhdudiyyətləri. Tərəfdaş hər hansı məhsulların mövcudluğu ilə bağlı hər hansı məhdudiyyət barədə sizə məlumat verməyə görə məsuldur. İstifadəçi qəbul edir ki, müəyyən bir məhsul müvəqqəti olaraq mövcud olmazsa, Tərəfdaş Sifarişdə mövcud olmayan məhsulu daxil etmədən Sifarişinizin qalan hissəsini yerinə yetirəcək. Sifariş verərkən mövcud olmayan məhsullar üçün sizdən ödəniş tutulmayacaq.

4. LƏĞVETMƏ HÜQUQU

4.1.Bu Xidmət Şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, siz məhsul və ya xidmətlər üçün Sifarişi yerləşdirdikdən sonra ondan imtina edə və ya onu ləğv edə bilməzsiniz. Bir məhsul və ya xidmət üçün Sifariş verməzdən əvvəl seçiminizi diqqətlə nəzərdən keçirməlisiniz. Sifarişin yerləşdirilməsi, həmçinin İstifadəçinin burada nəzərdə tutulmuş müvafiq müqavilənin (sazişlərin) icrasına başlamaq üçün razılığını da əhatə edir.

4.2. Əgər siz istehlakçısınızsa, Azərbaycan Respublikasının qanunvericilik müddəalarına uyğun olaraq ləğvetmə hüququnuz var. Bu Xidmət Şərtləri çərçivəsində istehlakçı dedikdə, Wolt Xidmətindən istifadə edən və Sifarişləri əsasən onların kommersiya və ya müstəqil peşəkar fəaliyyətinə aid edilə bilməyən məqsədlər üçün yerləşdirən hər hansı fiziki şəxs nəzərdə tutulur.

4.3. Wolt, istehlakçıların qanuni ləğvetmə hüquqlarının qüvvədə olan qanunlarda müəyyən edilmiş məhdudiyyətlərinə əməl edir, buna uyğun olaraq, aşağıdakılar da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, müəyyən maddələrə dair alğı-satqı müqavilələri üçün ləğvetmə hüququ mövcud deyildir:

  • Təbiətinə görə yenidən satışa çıxarılması mümkün olmayan, həmçinin, tez bir zamanda korlanan və ya köhnələn qida məhsulları və oxşar məhsullar;

  • İstifadəçinin müəyyən təlimatlarına uyğun hazırlanmış və ya aydın şəkildə fərdiləşdirilmiş məhsullar;

  • Sağlamlığın qorunması və ya gigiyena məqsədi ilə geri qaytarılması üçün uyğun olmayan qablaşdırılmış və ya möhürlənmiş məhsullar, əgər belə məhsullar çatdırıldıqdan sonra qablaşdırmaları və ya möhürləri açılıbsa;

  • Təbiətinə görə təhvil alındıqdan sonra digər məhsullardan ayrılmaz hala gələn məhsullar;

  • Qablaşdırılmasının və ya möhürün açılma anından etibarən oyunlar, filmlər, proqram təminatı və digər möhürlənmiş məhsullar;

4.4. Ləğv etmə hüququnun mövcud olduğu məhsulların alğı-satqı müqaviləsini ləğv üçün səbəb göstərmədən Sifariş üzrə məhsulların çatdırıldığı gündən 14 gün ərzində ləğv etmək hüququna maliksiniz. Ləğv etmə hüququnuzu həyata keçirmək üçün siz 14 gün ərzində aydın bəyanat (məsələn, e-poçt və ya Woltun tətbiqdaxili müştəri xidməti çatı vasitəsilə göndərilən mesaj) vasitəsilə ləğv etmə qərarınız barədə Wolt-a məlumat verməlisiniz. Sifarişinizdəki məhsulların ticarətçisi kimi Tərəfdaş, özünün adından ləğvetmə bildirişini almaq üçün Wolt-a səlahiyyət vermişdir. Əgər Tərəfdaş 14 gündən daha uzun ləğv müddəti təklif etməyi seçibsə, belə bir müddət Wolt Xidmətindəki Tərəfdaşın təsviri təfərrüatlarında açıq şəkildə qeyd edildiyi halda Wolt Xidməti vasitəsilə edilən Sifarişlərə şamil ediləcək. Öz istəyinizlə geri çağırma bildirişini hazırlamaq üçün aşağıdakı nümunəvi ləğvetmə formasından istifadə edə və formadakı məlumatları dolduraraq Wolt-a göndərə bilərsiniz, həmin məlumat da Wolt tərəfindən müvafiq Tərəfdaşa ötürüləcəkdir:

Ləğv forması nümunəsi:

- Kimə: [Tərəfdaşın adını, ünvanını və e-poçt ünvanını daxil edin]:

- Bununla mən/biz (*) aşağıdakı malların alınması (*)/ aşağıdakı xidmətlərin göstərilməsi (*) ilə bağlı mənimlə/bizimlə (*) bağlanmış müqaviləni ləğv edirəm (*)

- Sifariş verilib (*)/sifariş qəbul edilib (*)

- İstehlakçı(lar)ın adı

- İstehlakçı(lar)ın ünvanı

- İstehlakçı(lar)ın imza(ları) (bildiriş kağız üzərində olduqda)

- Tarix

(*) işarələrini müvafiq olaraq silin.

4.5. Əgər alğı-satqı müqaviləsini ləğv etsəniz, Wolt Müqavilə və ya onun bir hissəsinə əsasən sizdən aldığımız bütün ödənişləri, o cümlədən çatdırılma haqqını (və müvafiq hallarda xidmət haqqını) Satınalmanı ləğv etdiyiniz barədə bildiriş aldığımız tarixdən ən geci 14 gün ərzində sizə qaytarırıq. Nəzərə alın ki, Sifarişinizin yalnız qismən ləğvi halında çatdırılma haqqı (və müvafiq hallarda xidmət haqqı) geri qaytarılmayacaq.

4.6. Sizinlə açıq şəkildə başqa cür razılaşdırılmadıqda, pulu geri qaytarmaq üçün biz Sifarişinizin ilkin alınması üçün istifadə etdiyiniz ödəniş vasitələrindən istifadə edəcəyik. Nəzərə alın ki, Sifariş üçün Wolt krediti ilə ödəmisinizsə, biz sizə Wolt kreditləri ilə geri qaytaracağıq. Wolt, hansının daha tez baş verəcəyindən asılı olaraq, Tərəfdaş məhsulları geri alana qədər və ya siz məhsulları geri qaytardığınıza dair sübut təqdim edənədək pulun geri qaytarılmasından imtina edə bilər.

4.7. Məhsulları Sifarişi verdiyiniz yerdə eyni Tərəfdaşa qaytarmalı və ya göndərməlisiniz. Tərəfdaşın satış məntəqəsinin əlaqə məlumatları Wolt Xidmətində mövcuddur. Məhsulları mümkün qədər tez və istənilən halda, alqı-satqı Müqaviləsinin ləğvi barədə bizə bildirdiyiniz gündən sonra 14 gündən gec olmayaraq Tərəfdaşa qaytarmalısınız. Məhsulları 14 gün müddət başa çatmamış göndərsəniz, bu müddətə əməl edilmiş sayılır.

4.8. Məhsulların geri qaytarılması ilə bağlı birbaşa xərcləri siz ödəyəcəksiniz. Qaytarılan məhsullar istifadə olunmamış vəziyyətdə və yenidən satıla bilən olmalıdır. Əgər məhsulların dəyəri onların vəziyyətini, xassələrini və funksionallığını yoxlamaq üçün zəruri olmayan hər hansı hərəkətlər nəticəsində azalmışdırsa, baş vermiş azalmaya görə siz məsuliyyət daşıyacaqsınız.

4.9. Bəzən ola bilər ki, Wolt Xidməti vasitəsilə almaq istədiyiniz Tərəfdaşın məhsullarından bəziləri müvəqqəti olaraq tükənmiş olsun. Belə hallar üçün və Tərəfdaşın əvəzetmələrə imkan verdiyi dərəcədə, siz Sifarişinizi təsdiq etməzdən əvvəl Tərəfdaşın çatışmayan əşyanı oxşar əşya ilə əvəz etməsinə icazə verib-verməməyi seçə bilərsiniz. Əgər Sifarişinizdə müəyyən və ya bütün məhsulların əvəzlənməsinə icazə vermisinizsə, Tərəfdaş bu cür çatışmayan məhsulları aşağıdakı prinsiplərə uyğun olaraq əvəz edəcək: (i) əvəzedici, Tərəfdaşın ən uyğun əvəzedici hesab etdiyi məhsul əsasında seçiləcək və onun Sifarişdəki ilkin məhsulun kəmiyyətinə, keyfiyyətinə və qiymətinə mümkün qədər uyğun olması; (ii) adətən allergiyaya səbəb olan maddələr diqqətlə nəzərə alınmalıdır ki, məsələn, laktoza olmayan məhsul yalnız laktozasız, qlütensiz məhsul isə yalnız qlüten olmayan məhsulla əvəz edilir; (iii) pəhriz və ya yüngül içki pəhriz və ya yüngül içki ilə əvəz edilir; (iv) orqanik məhsul orqanik məhsulla əvəz olunur; və (v) yerli istehsal yerli istehsal ilə əvəz olunur. Nəzərə alın ki, əvəz edilmiş məhsulun dadı ilkin sifariş edilmiş məhsulun dadından fərqlənə bilər. Sifarişinizdə orijinal məhsulun qiyməti ilə müqayisədə əvəz edilmiş məhsul üçün sizdən heç bir əlavə rüsum və ya xərc tutulmayacaq. Əvəzedicinin qiyməti Sifarişinizdəki orijinal məhsulun qiymətindən aşağı olarsa, əvəzedici əşyanın qiyməti sizdən tutulacaq.

5.  İstifadəçi Hesabları

5.1. Sizin, Wolt Xidmətini vaxtaşırı olaraq yalnız burada göstərilən məqsədlər üçün sizə təqdim etdiyimiz formada istifadə etmək üçün məhdud, qeyri-müstəsna, başqasına ötürülə bilinməyən və sublisenziya verilə bilinməyən hüququnuz var. Apple-ın App Store mağazasından yüklənmiş iOS Wolt Tətbiqetməsi üçün İstifadəçiyə verilən lisenziya, Wolt Tətbiqetməsinin istifadəçinin sahibi olduğu və ya nəzarət etdiyi hər hansı Apple brendi olan məhsulda istifadəsi üçün lisenziya ilə və App Store-un Xidmət Şərtləri və bu Xidmət Şərtlərində göstərilən İstifadə Qaydaları ilə məhdudlaşır.

5.2. Wolt Xidmətindən istifadə etmək üçün İstifadəçi, Wolt Xidmətində qeydiyyat qaydalarına əməl edərək istifadəçi hesabı yaratmalıdır. Wolt Xidmətinin rekvizitləri şəxsidir (Wolt və Müştəri Təşkilatı arasında başqa cür razılaşdırılmadıqda). İstifadəçi özünün və ya Müştəri Təşkilatının istifadəçi hesabına daxil olmaq üçün tələb olunan hər hansı istifadəçi hesabı rekvizitlərinin və ekvivalent məlumatların məxfi saxlanılmasını və üçüncü şəxslər tərəfindən əlçatan olmayan təhlükəsiz şəkildə istifadə olunmasını təmin etməlidir. İstifadəçinin yalnız bir şəxsi istifadəçi hesabı ola bilər.

5.3. Hər hansı səlahiyyətsiz şəxsin İstifadəçinin istifadəçi hesabı məlumatlarından xəbərdar olduğundan və ya İstifadəçinin istifadəçi hesabına daxil olmasından şübhələnildiyi təqdirdə, İstifadəçi bu barədə dərhal Wolta məlumat verməlidir. İstifadəçi Wolt Xidmətindən hər hansı istifadə üçün və İstifadəçinin istifadəçi hesabındakı hər hansı fəaliyyəti üçün cavabdehlik daşıyır.

5.4. Wolt Xidmətindən istifadə etmək üçün, siz, etibarlı kredit kartı və ya digər ödəniş vasitəsi məlumatlarını Wolta təqdim etməlisiniz. Wolt, ödəniş vasitənizin məlumatlarını yaddaşda saxlamır, çünki bu, Wolt tərəfindən istifadə edilən üçüncü tərəf olan ödəniş xidməti təminatçısı tərəfindən yerinə yetirilir. Siz, Müştəri Təşkilatının hesabına Wolt-da İş Funksiyası vasitəsilə edilən alışlar istisna olmaqla, Wolt Xidmətindən istifadə etməyinizlə əlaqədar bütün alğı-satqılar üzrə ödəniş etməyə razılaşırsınız. Siz, istifadəçi hesabınıza təqdim etdiyiniz kredit kartı və digər ödəniş məlumatlarını yenilənmiş şəkildə saxlamalısınız.

6.  Ödənişlər

6.1. İstifadəçi və ya Wolt-da İş Hesabı üzrə Müştəri Təşkilatı, Wolt Xidmətinin müvafiq ödəmə funksiyasından istifadə edərək Sifarişdə göstərilən alış qiymətini ödəyəcəkdir. Wolt və ya Wolt qrup şirkəti, Tərəfdaşın adından İstifadəçilərdən və ya Müştəri Təşkilatlarından bütün ödənişləri toplayır. Sifariş Wolt-da İş Funksiyasından istifadə olunmaqla edilirsə, İstifadəçi Wolt-da İş Funksiyası vasitəsilə Müştəri Təşkilatı adından ödənişi təsdiqləyir. İstifadəçi və ya Müştəri Təşkilatının ödəmə öhdəliyi Wolt Xidməti vasitəsilə Sifariş yerləşdirildikdə yaranır.

6.2. İstifadəçi bu ödəniş öhdəliyini yalnız Wolt Xidmətində təqdim olunan müvafiq onlayn ödəmə üsulundan istifadə etməklə yerinə yetirə bilər. İstifadəçi və ya Wolt-da İş Hesabı halında Müştəri Təşkilatı alış qiymətini Wolta ödəmişdirsə, İstifadəçi və ya Müştəri Təşkilatı Tərəfdaş qarşısında ödəmə öhdəliyini yerinə yetirmiş olur.

6.3. Ödəniş Sifarişin çatdırılmasından sonra İstifadəçinin kredit kartından və ya Müştəri Təşkilatının Wolt-da İş Funksiyası vasitəsilə avtomatik olaraq tutulur. Wolt, Sifariş Wolt Xidməti vasitəsilə yerləşdirildikdən dərhal sonra Tərəfdaşın adından İstifadəçinin kredit kartında və ya Müştəri Təşkilatının Wolt-da İş Funksiyasında avtorizasiya etmək hüququna malikdir. Wolt, ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından istifadə edir.

6.5. Nağd pul Azərbaycan ərazisində keçərli olan əlavə bir ödəniş metodudur. Nağd pul sifarişinin maksimum dəyəri, müvafiq olaraq, Wolt Xidmətində daha ətraflı təsvir edilmişdir. Nağd sifarişlərin geri qaytarılması Wolt krediti və ya başqa bir uyğun metodla həyata keçiriləcəkdir. Nağd sifariş edən bir istifadəçi razılaşdırılmış vaxtda və ya bundan sonra 5 dəqiqə sonra razılaşdırılmış çatdırılma yerində deyilsə, Wolt-un müştəri dəstəyi istifadəçi ilə əlaqə quracaq və ödəniş üçün uyğun bir razılaşma barədə razılığa gələcəkdir. Əgər Wolt Dəstək Xidməti istifadəçi ilə 24 saat ərzində əlaqə qura bilmirsə, Wolt, istifadəçidən nağd pul seçimini ləğv etməyi və ya gələcək sifarişlər üçün istifadəçinin Wolt hesabını bağlamağı da ehtiva edən müvafiq tədbirlər görəcəkdir. 

6.6. Sifarişinizə çəki ilə satılan məhsulları əlavə etdiyiniz zaman, məhsullar Tərəfdaş tərəfindən çəkilənə qədər Wolt onların dəqiq çəkisini bilməyəcək. Belə çəkiyə əsaslanan məhsullar üçün Wolt Xidmətində göstərilən məhsulun hər hansı qiyməti yalnız Tərəfdaş tərəfindən verilən təxmindir. Sifarişinizdə çəkiyə əsaslanan məhsulun son qiyməti aldığınız məhsulun faktiki çəkisi əsasında müəyyən ediləcək və hesablanacaq. Çəki dəyişikliyinin səbəb olduğu mümkün qiymət tənzimləmələrini qarşılamaq üçün Wolt kartınızda müvəqqəti icazə saxlayacaq. Müvəqqəti icazə saxlama məbləği Sifarişinizə daxil edilmiş çəkiyə əsaslanan məhsulların dəyərinin maksimum 20%-i olacaqdır. Sifarişinizdəki məhsulun çəkisi Sifariş təsdiqinizdə göstəriləndən az olarsa, Wolt sizə qiymət fərqini geri qaytaracaq. Sifarişinizdəki məhsulun çəkisi Sifariş təsdiqinizdə göstərildiyindən çox olarsa, Wolt sizdən çəkiyə əsaslanan məhsullar üçün müvəqqəti icazə saxlama müddətindən qiymət fərqini tutacaq. Müvəqqəti icazənin qiymətə düzəlişlə bağlı təminat üçün lazım olmayan hər hansı bir hissəsi sizə nağd və ya kartınıza geri qaytarılacaq.

7.  Wolt kreditləri və tokenlər

7.1. Wolt Xidmətinin İstifadəçiləri misal olaraq, yeni istifadəçiləri Wolt Xidmətinə ("Yönləndirmə Proqramı") qeydiyyatdan keçməyə dəvət etməklə Wolt kreditləri və ya tokenləri əldə edə bilərlər. Yönləndirmə Proqramı çərçivəsində Wolt, öz İstifadəçilərinə uyğun dostlarını qeydiyyatdan keçirməyə və ilkin sifarişlərini Wolt Xidməti vasitəsilə yerləşdirməyə dəvət edərək Wolt kreditləri və ya tokenləri qazanmaq fürsəti təklif edir. Hər bir uyğun yönləndirmə üçün İstifadəçi Wolt İstifadə Proqramının Şərtlərində qeyd olunduğu kimi kreditlər və ya tokenlər ala bilər. Siz bu Proqramın şərtlərini istənilən vaxt dəyişdirə və ya ləğv edə biləcəyimizlə razılaşırsınız.

7.2.Wolt Xidmətinin İstifadəçiləri, həmçinin vaxtaşırı Wolt tərəfindən yaradılmış təşviq kampaniyaları vasitəsilə Wolt kreditləri və ya tokenləri əldə edə bilərlər. Siz razılaşırsınız ki, təşviq təklifləri: (i) yalnız nəzərdə tutulan auditoriya tərəfindən nəzərdə tutulmuş məqsəd üçün və qanuni şəkildə istifadə edilə bilər; (ii) Wolt tərəfindən açıq şəkildə icazə verilmədiyi təqdirdə, hər hansı bir şəkildə təkrarlana, satıla və ya köçürülə və ya geniş ictimaiyyətə təqdim edilə bilməz; (iii) Woltun belə təşviqat və ya kampaniya üçün müəyyən etdiyi xüsusi şərtlərə tabedir. Məsələn, təşviq təklifləri yalnız müəyyən İstifadəçilər üçün mövcud ola bilər və ya xüsusi Tərəfdaşlar vasitəsilə və ya günün müəyyən vaxtında istifadə olunmaqla məhdudlaşdırıla bilər.

7.3. Wolt, Wolt kreditlərinin və tokenlərinin verilməsi, istifadəsi və etibarlılığı ilə bağlı şərtləri birtərəfli qaydada müəyyən edə bilər.

7.4. Hər hansı abunəliklə əlaqədar bonus kreditləri və ya tokenlər yalnız bir dəfə istifadə edilə bilər.

7.5. İstifadəçi Wolt kreditləri və tokenlərindən yalnız Wolt Xidmətində alğı-satqı zamanı endirim əldə etmək üçün xüsusi kampaniya və ya təşviqin şərtlərinə uyğun istifadə edə bilər. Wolt kreditləri və tokenləri nağd pula dəyişdirilə bilməz. Aldığınız Wolt kreditlərinin və tokenlərinin etibarlılıq müddəti Wolt Xidmətində göstərilir. Müddəti bitdikdən sonra kreditlər və tokenlər hesabınızdan silinəcək. Vaxtı keçmiş kreditlər və tokenlər artıq geri qaytarıla bilməz və heç bir sifariş üçün istifadə edilə bilməz.

7.6. Əgər Wolt, Wolt kreditləri və ya tokenlərindən hər hansı sui-istifadə halını aşkar edərsə və ya Wolt kreditləri və ya tokenlərinin yanlış əsaslarla verildiyindən şübhələnərsə, Wolt kreditləri və tokenləri ləğv ediləcəkdir. Bu hallarda, Wolt, həmin Wolt kreditləri və ya tokenlərindən istifadə edərək ödənilən məbləğ üzrə hesab- faktura təqdim edəcəkdir.

8.  Sifarişin çatdırılması

8.1. İstifadəçi Sifarişin çatdırılmasını Wolt Xidməti vasitəsilə sifariş edərsə, Sifariş Wolt Xidmətində İstifadəçi tərəfindən təsdiqlənmiş yerə çatdırılacaqdır. İstifadəçi həmçinin Wolt Xidmətində təsdiqlənmiş yer üçün küçə ünvanı təqdim etməlidir. Əgər Sifarişinizə təmassız çatdırılma tətbiq edilərsə, zəhmət olmasa nəzərə alın ki, mallar qapıda qaldıqda çatdırılmış hesab ediləcək və Kuryer tərəfdaş Sifariş statusunu Wolt Xidmətində “çatdırıldı” kimi qeyd edəcək, bundan sonra sifarişdəki məhsullara görə riski siz daşıyacaqsınız.

8.2. İstifadəçi Wolt Xidmətinə təqdim etdiyi telefon nömrəsinə zəngləri qəbul etmək üçün hazır olmalıdır. İstifadəçinin təqdim etdiyi telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadıqda, çatdırılma Wolt və ya Tərəfdaş tərəfindən ləğv edilə bilər və Sifarişin tam qiyməti İstifadəçi və ya Müştəri Təşkilatı tərəfindən tutula bilər.

8.3. İstifadəçi Sifarişi mümkün qədər tez (standart çatdırılma üsulu) və ya müəyyən çatdırılma müddətini əvvəlcədən sifariş etməklə, bu seçimlərin Sifariş verilərkən Wolt Xidmətində mövcud olduğu dərəcədə verə bilər.

8.4. Standart çatdırılma seçimi: İstifadəçi Sifarişin hazırlanması ilə Sifarişdə göstərilən məhsulların alınması vaxtı arasında Sifarişdə göstərilən təsdiq edilmiş yerdə olmalıdır. Əgər İstifadəçi sifariş edilmiş məhsulların çatdırılmasından beş dəqiqə ərzində təsdiqlədiyi yerdə olmazsa və İstifadəçi çatdırılma edən Kuryer Tərəfdaş tərəfindən iki əlaqə cəhdindən sonra cavab vermirsə, çatdırılma Wolt tərəfindən ləğv edilə və İstifadəçi və ya Müştəri Təşkilatından Sifarişin tam qiyməti tutula bilər.

8.5. "Öncədən sifariş" çatdırılma seçimi: İstifadəçi Sifarişi almaq üçün öncədən sifariş edilmiş çatdırılma vaxtından on dəqiqə əvvəldən sifarişin çatdırılması anına qədər təsdiq olunmuş yerdə olmalıdır.

9.  Tərəfdaşın satış nöqtəsində Sifarişin götürülməsi və alınması

9.1. Əgər İstifadəçi Sifarişdə göstərilən Tərəfdaşın məhsullarının çatdırılmasını sifariş etməyibsə, lakin sifariş Tərədaşın satış nöqtəsində yığılırsa, məhsullar İstifadəçinin Sifarişlə əlaqədar seçdiyi Tərəfdaşın satış nöqtəsində alına bilər. Məhsullar götürülməyə və ya alınmağa hazır olduqda İstifadəçi ayrıca elektron təsdiq alacaq. Tərəfdaş və ya Wolt Sifarişdə göstərilən məhsulları götürərkən İstifadəçinin eyniləşdirilməsi üçün şərtlər qoya bilər.

9.2. Tərəfdaş, Sifarişin götürülməyə hazır olması barədə İstifadəçiyə məlumat verdikdən sonra sifariş edilmiş məhsulları 60 dəqiqə ərzində saxlamalıdır. Bununla belə, bu öhdəlik müəyyən Tərəfdaşın satış nöqtəsinin açıq olduğu saatlarla məhdudlaşır və Sifariş Tərəfdaşın qeyd olunan satış nöqtəsinin bağlanma vaxtından əvvəl götürülməlidir.

10.  Alındığı Yerə Yemək Sifarişi

10.1. İstifadəçi, Tərəfdaşın satış nöqtəsində Sifarişdə göstərilən məhsulları istehlak etmək seçimi edibsə, İstifadəçi Tərəfdaşın satış nöqtəsində məhsulların istehlak olunmağa hazır olacağı gözlənilən vaxt barədə ayrıca bir elektron təsdiq alacaq.

11.   Vaxt hesablamaları

11.1. İstifadəçiyə Wolt Xidmətindəki Tərəfdaş və ya Wolt tərəfindən bildirilən hər hansı çatdırılma və ya götürmə vaxtı və ya digər vaxtlar yalnız təxmin edilən vaxtlardır. Sifarişin təxmin edilən vaxtda çatdırılması, istehlakı və ya götürülməsi üçün hazır olacağına zəmanət yoxdur. Məhsulların çatdırılma müddətinə tıxaclar, pik saatlar və hava şəraiti kimi amillər də təsir göstərə bilər.

12.  Əqli Mülkiyyət Hüquqları

12.1. Wolt Xidməti və ya bununla əlaqəli sənədlər və onların bütün hissələri və surətləri ilə əlaqəli bütün Əqli Mülkiyyət Hüquqları müstəsna olaraq Wolt və/və ya onun subpodratçılarının/lisenziya verənlərinin yeganə və müstəsna mülkiyyətində qalacaqdır."Əqli mülkiyyət hüquqları" müəllif hüquqları və əlaqəli hüquqlar (verilənlər bazası və kataloq hüquqları və foto hüquqları daxil olmaqla), patentlər, faydalı modellər, dizayn hüquqları, əmtəə nişanları, ticarət adları, ticarət sirləri, nou-hau və əqli mülkiyyət hüquqlarının qeydiyyata alınmış və ya qeydiyyata alınmayan hər hansı digər formasını ehtiva edir.

12.2. Bu Xidmət Şərtləri, İstifadəçiyə Wolt Xidmətində heç bir Əqli Mülkiyyət Hüququ vermir və bununla açıq şəkildə verilməmiş bütün hüquqlar Wolt və onun subpodratçıları/lisenziarları tərəfindən qorunur.

12.3. Apple, iOS Wolt Tətbiqetməsi və ya sizin ondan istifadənizin hər hansı bir üçüncü tərəfin əqli mülkiyyət hüququnu pozmasına dair hər hansı tələbin araşdırılması, müdafiəsi, ödənməsi və ya yerinə yetirilməsi üçün məsuliyyət daşımır.

12.4. İstifadəçi Wolt-a Wolt Xidməti ilə əlaqədar İstifadəçi tərəfindən təqdim olunan istənilən məzmundan istifadə etmək, dəyişdirmək, çoxaltmaq, yaymaq, nümayiş etdirmək və dərc etmək üçün dünya miqyasında, royalti olmadan, sublisenziyalı və ötürülə bilən hüquq verir. Bu hüquq İstifadəçinin mənafeyinə zərər vurmayan və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə qadağan olunmayan hədlərdə həyata keçirilə bilər. Belə məzmuna Wolt Xidməti ilə bağlı yüklənmiş, yerləşdirilən və ya başqa yolla ötürülən fotoşəkillər, məlumatlar, rəylər, təkliflər, mətn və digər materiallar daxil ola bilər.

13.  Wolt Xidmətinin istifadəsi üçün Əlavə Müddəalar

13.1. Wolt Xidməti yalnız 18 və yuxarı yaşda olan şəxslər üçün nəzərdə tutulur.Bu tələbə uyğun gəlmirsinizsə, İstifadəçi kimi qeydiyyatdan keçə bilməzsiniz.

13.2. İstifadəçi Wolt Xidmətindən istifadə edərkən, o cümlədən alkoqol, tütün, dərman vasitələri və digər yaş məhdudiyyəti ilə bağlı məhsullar alarkən tətbiq edilən bütün qaydalara və tənzimləmələrə əməl etməlidir. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, alkoqollu içkilər və ya tütün məmulatları kimi yaş məhdudiyyəti qoyulmuş məhsulların sifariş edildiyi halda, İstifadəçinin məhsul(ları) almaq üçün qanuni olaraq tələb olunan yaşda olduğunu sübut edən Wolt'-un Kuryer Tərəfdaşına müvafiq dövlət orqanı tərəfindən verilmiş fotoşəkli şəxsiyyət sənədi təqdim edə bilməməsi İstifadəçiyə yaş məhdudiyyəti qoyulmuş məhsulların çatdırılmasından imtina üçün əsas ola bilər. Azərbaycan Respublikasında qüvvədə qanunlarla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda, məsələn, İstifadəçidə zəhərlənmə əlamətləri aşkar edildikdə, spirtli içkilər üçün məhdudiyyət qoyulması kimi, qoyulmuş məhsulların çatdırılmasından imtina edilə bilər. Burada göstərilən səbəblərə görə məhsul(lar)ın çatdırılmasından imtina edildiyi halda, yaş məhdudiyyəti qoyulmuş məhsulu(ları) Tərəfdaşa qaytarmaq üçün kompensasiya kimi Wolt, İstifadəçidən çatdırılma haqqının (və əgər varsa xidmət haqqının) iki mislini tələb etmək hüququna malikdir.

13.3. Wolt, Wolt Xidmətini daim inkişaf etdirir və Wolt Xidmətinin müxtəlif hissələrini, eləcə də xüsusiyyətlərini, məhsullar və Wolt Xidmətində olan Tərəfdaşlar da daxil olmaqla qismən və ya bütövlükdə dəyişdirə və ya ləğv edə bilər.

13.4. Wolt Xidmətindən istifadə etməklə İstifadəçi qeyri-dəqiq, natamam, gecikdirilmiş, aldadıcı, qeyri-qanuni, təhqiredici və ya başqa şəkildə zərərli ola biləcək məzmun və ya məlumatla qarşılaşa bilər. Wolt ümumiyyətlə Tərəfdaşlar tərəfindən təqdim olunan məzmunu nəzərdən keçirmir. Wolt üçüncü tərəflərin (o cümlədən Tərəfdaşların) məzmunu və ya məlumatı və ya onlardan istifadə və ya ona etibar nəticəsində yaranan hər hansı ziyana görə məsuliyyət daşımır.

13.5.Siz və ya Müştəri Təşkilatı Wolt Xidmətinə daxil olmaq və istifadə etmək üçün lazım olan hər hansı cihaz və ya avadanlığın (məsələn, telefonlar) və qoşulmaların və onunla bağlı bütün ödənişlərin əldə edilməsinə və saxlanmasına cavabdeh olacaqsınız.

13.6. İstifadəçi bunları etməyəcək: (i) başqa bir şəxsin şəxsi Wolt hesabından istifadə etmək və/və ya Wolt Xidməti vasitəsilə digər şəxsin şəxsi ödəmə məlumatlarına daxil olmaq və ya digər şəxsin razılığı olmadan Wolt Xidmətindən istifadə edərkən başqa bir şəxsin şəxsi ödəmə kartlarından istifadə etmək; (ii) Wolt Xidmətinin və ya hər hansı əlaqəli texnologiyanın surətini çıxarmaq, dəyişdirmək və ya törəməsini yaratmaq; (iii) Wolt Xidməti və ya əlaqəli bir texnologiya və ya onun hər hansı bir hissəsi üçün tərs layihələndirmək, mənbə kodunu götürmək və ayırmaq, əks şifrləmə etmək və ya mənbə kodunu əldə etməyə digər şəkildə cəhd göstərmək; (iv) Wolt Xidmətində olan hər hansı müəllif hüquqları, əmtəə nişanı və ya digər mülkiyyət hüququ bildirişlərini silmək; (v) Wolt Xidmətinə daxil edilmiş hər hansı bir reklamı silmək, örtmək və ya gizlətmək; (vi) Wolt xidmətindən əldə edilmiş hər hansı bir məlumatı Woltun razılığı olmadan toplamaq, istifadə etmək, surətini çıxarmaq və ya ötürmək; (vii) Wolt Xidmətindən istifadə etmək üçün bot proqramlarından və ya digər avtomatlaşdırılmış metodlardan istifadə etmək; (viii) saxta şəxsiyyət və ya başqa birinin şəxsiyyətindən istifadə edərək Wolt hesabı yaratmaq; və ya (ix) Wolt Tətbiqetməsi və Wolt veb-saytı kimi Wolt tərəfindən təmin edilmiş interfeyslər istisna olmaqla, Wolt Xidmətinə daxil olmaq.

13.7. Əgər: (i) İstifadəçi Wolt Xidmətindən sui-istifadə edərsə və ya Wolt Xidmətindən istifadəyə və ya Tərəfdaşlara və ya Wolt və ya Wolt işçilərinə hər hansı xəsarət yetirə və ya zərər vurarsa; (ii) Wolt Xidmətindən istifadə edərkən İstifadəçinin dələduzluq hərəkətlərinə yol verdiyinə Wolt-un əsaslı şübhəsi varsa; (iii) İstifadəçi saxta Sifariş yerləşdirərsə (məsələn, Sifariş dəyərini ödəməməklə və ya Sifarişi almaq üçün çatdırılma zamanı və ya götürmə məkanında olmamaqla) və ya bu Xidmət Şərtlərindən irəli gələn öhdəliklərinə başqa şəkildə əməl etmədikdə; (iv) Sifarişin düzgünlüyünə və ya həqiqiliyinə dair əsaslı şübhə olduqda, (v) İstifadəçi Woltun Tərəfdaşlara və ya Woltun əməkdaşlarına və ya Kuryer Tərəfdaşlarına qarşı uyğun olmayan hesab etdiyi təhdid, təqib, irqçi, seksist və ya hər hansı digər davranışla məşğul olarsa Wolt İstifadəçini dərhal Wolt xidmətindən çıxarmaq və/və ya İstifadəçidən istənilən Sifarişləri rədd etmək və ya ləğv etmək hüququna malikdir. Əgər Wolt artıq ödənilmiş Sifarişi ləğv edərsə, Wolt həmin məbləği İstifadəçi tərəfindən ödəniş edilmiş həmin İstifadəçinin hesabı və ya Wolt-da İş Hesabından birinə köçürür.

13.8. İstifadəçilər haqqında toplanmış fərdi məlumatların nəzarətçisi, başqa hal nəzərdə tutulmayıbsa Wolt Enterprises Oy-dur. Wolt Enterprises Oy İstifadəçidən Wolt Məxfilik Bəyannaməsinə əsasən toplanmış fərdi məlumatları emal etməlidir. Wolt Privacy Statement

13.9. İstifadəçi, Wolt Tətbiqetməsi və ya Wolt Xidmətindən istifadə edərkən müqavilənin üçüncü şəxslərə tətbiq olunan şərtlərinə əməl etməlidir.

13.10. İstifadəçi, (i) ABŞ Hökumətinin embarqosuna məruz qalmış və ya ABŞ Hökuməti tərəfindən "terroru dəstəkləyən" ölkə olaraq təyin olunan ölkədə olmadığını; və (ii) o, ABŞ Hökuməti tərəfindən qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş şəxslərin siyahısında olmadığını bildirir və zəmanət verir.

14.  Müddət və xitam

14.1. Bu Xidmət Şərtləri İstifadəçinin Wolt xidmətindən istifadə etdiyi müddətdə növbəti xəbərdarlığa qədər Wolt və İstifadəçi arasında icrası məcburi razılaşma olaraq qüvvədədir.

14.2. İstifadəçi istənilən vaxt Wolt Xidmətindən istifadəni dayandıra bilər. Wolt istənilən vaxt Wolt Xidməti göstərməyi daimi və ya müvəqqəti olaraq dayandıra bilər.

15.  Qüsurlar və şikayətlər

15.1. Xahiş edirik nəzərə alasınız ki, Wolt Xidməti istənilən vaxt dayandırıla və ya daimi olaraq ləğv edilə bilər. Wolt Xidməti həmçinin müvəqqəti olaraq dayandırıla bilər. Wolt xidmətindən hər hansı bir məlumatın ehtiyat nüsxəsinin çıxarılması üçün istifadə etməyin. Sizə platformamızı və xidmətlərimizi (əlaqəsiz çatdırılma, yeni texnologiya ilə çatdırılma və ya yeni məhsul kateqoriyalarının çatdırılması kimi yeni və/və ya müvəqqəti xidmətlər daxil olmaqla) xətasız təmin etmək üçün əlimizdən gələni etsək də, Wolt sizə Wolt Xidmətinin etibarlılığı, funksionallığı, vaxtında olması, keyfiyyəti və ya uyğunluğu, onun xüsusiyyətləri və ya Wolt tərəfindən təklif olunan hər hansı xidmətlə bağlı heç bir şey vəd etmir. Wolt bu Xidmət Şərtlərində açıq şəkildə qeyd olunmayan heç nəyi vəd etmir və ya zəmanət vermir.

15.2. Tərəfdaş, Wolt Xidməti vasitəsilə satılan məhsullarının məzmununa, keyfiyyətinə, təhlükəsizliyinə və qablaşdırılmasına görə Azərbaycan Respublikasının qanunveiriciliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Sifarişi aldıqdan sonra lazımsız gecikmə olmadan Sifarişinizdəki məhsulları yoxlamağa cavabdehsiniz. Sifarişinizin məhsullarında hər hansı qüsur və ya digər keyfiyyət çatışmazlıqları varsa, o zaman ya Tərəfdaş adından fəaliyyət göstərən Wolt-un müştəri xidməti, ya da birbaşa Tərəfdaşla əlaqə saxlamalı və qüsur və ya çatışmazlıqların aydın təsvirini bildirməlisiniz. İstehlak mallarına gəlincə, qüsurlar aşkar edildikdən sonra ağlabatan müddətdə, lakin aşkar edildikdən sonra iki aydan gec olmayaraq, qüsurlar barədə bildiriş verilməlidir. Nəzərə alın ki, qida məhsullarında və ya digər məhsullarda öz təbiətinə görə tez xarab olan və ya köhnələn qüsurlar olduqda, qüsurun düzgün araşdırılması və yoxlanılması üçün mümkün qədər tez bir zamanda qüsur barədə məlumat verməyiniz çox vacibdir. Nəzərə alın ki, Wolt və ya Tərəfdaş qüsurları sənədləşdirmək və yoxlamaq üçün sizdən sözügedən məhsulun şəklini göndərməyinizi xahiş edə bilər. Sifariş edilən məhsullarda qüsur və ya uyğunsuzluq aşkar edilərsə, qüvvədə olan qanunlara uyğun olaraq kompensasiya almaq hüququnuz var.

15.3. Tərəfdaş Sifarişin məzmunu və hazırlanması və ya qablaşdırılmasındakı hər hansı qüsurlara və ya Satınalma Müqavilənin icrası zamanı digər çatışmazlıqlara görə məsuliyyət daşıyır. Wolt, Wolt Xidməti üzrə Tərəfdaş tərəfindən verilən məlumatlara görə məsuliyyət daşımır və məhsulların mövcudluğu, keyfiyyəti və ya uyğunluğu ilə bağlı heç bir zəmanət vermir.

15.4. Apple-ın Wolt Tətbiqetməsi ilə əlaqədar hər hansı bir texniki xidmət və dəstək xidmətləri təqdim etmək öhdəliyi yoxdur. Tətbiq olunan qanunla hər hansı bir texniki xidmətin və ya dəstəyin tələb olunduğu halda, Apple deyil, biz bu cür texniki xidmət və ya dəstəyi verməyə borcluyuq. Qanunla imtina edilə bilməyən hər hansı zəmanətin mövcud olduğu təqdirdə, Apple deyil, biz həmin zəmanət üçün təkbaşına məsuliyyət daşıyırıq. Apple deyil, biz İstifadəçinin sahibliyi və/və ya istifadəsində olan iOS Wolt Tətbiqetməsi və ya İstifadəçinin və ya hər hansı üçüncü tərəfin iOS Wolt Tətbiqetməsi ilə əlaqədar hər hansı iddialarına, həmçinin bununla məhdudlaşmamaqla: (i) məhsul öhdəliyi iddiaları; (ii) iOS Wolt Tətbiqetməsinin tətbiq olunan istənilən qanunun və ya tənzimlənmə tələbinə cavab vermədiyi barədə hər hansı iddia; və (iii) istehlakçıların müdafiəsi, məxfilik və ya oxşar qanunvericilik, o cümlədən iOS Wolt Tətbiqetməsinin HealthKit və HomeKit çərçivələrindən istifadəsi ilə əlaqədar yaranan iddialara görə məsuliyyət daşıyırıq.

16.  Tətbiq olunan hüquq və Mübahisələrin həlli

16.1. Bu Xidmət Şərtləri Azərbaycan Respublikasının qanunlarına əsasən tənzimlənəcək və təfsir ediləcəkdir.

16.2. İstehlakçısınızsa, xahiş edirik nəzərə alasınız ki, yaşadığınız ölkənin qüvvədə olan istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyi ilə sizə verilmiş hüquqlardan məhrum edilə bilməzsiniz.

16.3. Bu Xidmət Şərtlərindən irəli gələn mübahisələr İstifadəçinin yerləşdiyi ölkənin səlahiyyətli məhkəmələri tərəfindən həll ediləcəkdir. İstehlakçı həmişə öz yaşayış yeri üzrə məhkəmədə iddia qaldıra bilər. Amma İstehlakçı, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda və qaydada müvafiq səlahiyyətli icra hakimiyyəti orqanına (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) müraciət edə bilər. Müraciət şifahi və ya yazılı formalarda, o cümlədən, https://competition.gov.az/az/page/istehlakci-huquqlarinin-mudafiesi saytı vasitəsilə elektron qaydada edilə bilər.

17.  Düzəlişlər

17.1. İstifadəçilər üçün bu Xidmət Şərtlərinə düzəlişlər edilə bilər.İstənilən yerli dildə olan Xidmət Şərtlərində hər hansı uyğunsuzluq olduqda, ingilis dilində olan Xidmət Şərtləri versiyası üstünlük təşkil edəcəkdir.

17.2. Wolt İstifadəçi Şərtlərinin ən son dəyişikliklərlə cari versiyasını Wolt Veb-Saytında tapa bilərsiniz. Biz İstifadəçi Şərtlərinə əhəmiyyətli dəyişikliklər etməyəcəyik və ya İstifadəçi Şərtlərinə uyğun olaraq bu barədə xəbərdarlıq etmədən İstifadəçilərin hüquqlarının həcmini azaltmayacağıq. İstifadəçi dəyişiklik edilmiş Wolt Xidmət Şərtləri ilə razı deyilsə, Wolt Xidmətindən istifadəni dayandırmalıdır.

18.  Tələbin güzəşti

18.1. Wolt bu Şərtlər üzrə bütün və ya istənilən hüquqlarını və ya öhdəliklərini bütövlükdə və ya qismən törəmə müəssisəyə və ya varisə və ya Wolt Xidməti ilə əlaqəli olan biznes aktivlərinin alıcısına və ya əldə edənə İstifadəçinin ilkin razılığı olmadan güzəşt etmək hüququna malikdir.

18.2. İstifadəçi buradakı hər hansı hüquq və ya öhdəliklərini tam və ya qismən güzəşt etmək hüququna malik deyil.

*****

23.02.2023 tarixində yenilənmişdir.

Wolt Partner Guidelines