WOLT Məxfi̇li̇k Bəyannaməsi̇
Biz Wolt-da məlumatların qorunmasına ciddi yanaşırıq. Məxfilik və məlumat təhlükəsizliyi Wolt-un qəlbindədir. Bu Məxfilik Siyasəti Bəyannaməsi xidmətlərimizdən istifadə edərkən sizin məxfiliyinizə hörmət edilməsini təmin etmək üçün riayət etdiyimiz əsas prinsipləri və təcrübələri təsvir edir.
Eyni şirkətlər qrupuna daxil olan Wolt Enterprises Oy, yerli Wolt şirkətləri və DoorDash Inc. ("Wolt", "biz") Wolt-un qida sifariş xidmətləri ("Wolt Tətbiqi") istifadəçilərinin, digər Wolt çatdırılma məhsulları və xidmətləri istifadəçilərinin və wolt.com veb-saytının ("Veb-sayt") ziyarətçilərinin fərdi məlumatlarını emal edirlər.
Hazırki Məxfilik Bəyannaməsində "Wolt Xidmətləri" ifadəsi Veb-sayt,Wolt Tətbiqinə və Wolt tərəfindən istifadəçilərə təqdim edilən digər xidmətlərə birgə istinad edir. Bu Məxfilik Bəyannaməsində "İstifadəçi" və ya "siz" ifadəsi bizim və qrup şirkətlərimizin müştərilərinə, Wolt çatdırılma xidmətlərinin istifadəçilərinə, nümayəndələrinə və bizim müştəri təşkilatlarının digər səlahiyyətli istifadəçilərinə, potensial müştərilərə və Wolt Xidmətləri istifadəçilərinə istinad edir. Məxfilik Bəyannaməmiz, məsələn, emal etdiyimiz fərdi məlumatların növlərini, fərdi məlumatları necə işlədiyimizi və məlumat subyekti kimi hüquqlarınızı necə həyata keçirə biləcəyinizi (məsələn, etiraz etmək hüququ, giriş hüququ) izah edir.
Məxfilik Bəyannaməmiz, məsələn, emal etdiyimiz fərdi məlumatların növlərini, fərdi məlumatları necə emal etdiyimizi və məlumatların subyekti kimi hüquqlarınızdan necə istifadə edə biləcəyinizi (məsələn, etiraz etmək hüququ, giriş hüququ) izah edir.
Bəzi xidmətlərimizə xüsusi məxfilik siyasəti tətbiq edilə bilər. Müəyyən xidmətə xüsusi məxfilik siyasəti tətbiq edildiyi halda, bu cür məxfilik siyasəti sözügedən xidmətlə əlaqədar paylaşılacaqdır.
Bu Məxfilik Bəyannaməsi, məlumatların işlənməsi prosesində və ya başqa şəkildə dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq yenilənə bilər. Hazırki versiyanı Veb-saytda tapa bilərsiniz. Bu Məxfilik Bəyannaməsində əhəmiyyətli dəyişikliklər etməyəcəyik və ya müvafiq bildiriş vermədən bu Məxfilik Bəyannaməsi üzrə İstifadəçilərin hüquqlarını məhdudlaşdırmayacağıq.
1. MƏLUMAT NƏZARƏTÇİSİ(LƏRİ)
Bu Məxfilik Bəyannaməsi Wolt tərəfindən həyata keçirilən fərdi məlumatların işlənməsinə şamil edilir. Wolt rəsmi ünvanı ABŞ, San Fransisko, CA 94107303, 2-ci küç, 800 nömrəli Otaq, 303 olan texnologiya şirkəti “DoorDash, Inc”-in bir hissəsidir.
İstifadəçilərin fərdi məlumatlarının işlənməsi ilə əlaqədar olaraq Wolt Enterprises Oy və yerli Wolt qrup şirkəti birgə məlumat nəzarətçiləri kimi çıxış edir. Bu o deməkdir ki, Wolt Enterprises Oy və yerli Wolt qrup şirkəti birlikdə fərdi məlumatların işlənməsinin məqsədləri və işlənmə vasitələrini müəyyənləşdirirlər.Ölkəyə xas birgə nəzarətçilər aşağıda verilmişdir:
Wolt Azerbaijan LLC, Yasamal rayonu, Hyatt Tower 2, 4-cü mərtəbə, İzmir küçəsi 8, AZ1065, Bakı, Azərbaycan, əgər İstifadəçi Azərbaycandadırsa,
Wolt Enterprises Oy, yerli birgə nəzarətçilər adından Wolt qrupun fərdi məlumatların işlənməsi ilə bağlı bütün məlumat subyektlərinin sorğularının və suallarının idarə edilməsinə görə cavabdeh təyin edilmişdir.
Wolt həmçinin digər şirkətlərə xidmət olaraq çatdırılmanı təmin edir (məsələn, Wolt Drive API və e-ticarət inteqrasiyaları). Bu halda, Wolt çatdırılmanın qəbulu, idarə edilməsi və başa çatdırılması, eləcə də müvafiq şirkətə çatdırılma ilə bağlı məlumatın verilməsi və təsdiqlənməsi ilə bağlı emal fəaliyyətlərinin hissələri üzrə məlumat emalçısıdır.
2. WOLT-un ƏLAQƏ MƏLUMATLARI
Wolt Enterprises Oy
Biznesin eyniləşdirmə nömrəsi: 2646674-9
Faktiki ünvanı: Finlandiya, Helsinki, Pohjoinen Rautatiekatu 21, 00100
E-poçt ünvanı: support@wolt.com
Məlumatların Mühafizəsi üzrə Məsul Şəxs: Wolt yuxarıdakı əlaqə məlumatları vasitəsilə və ya privacy@wolt.com ünvanına e-poçt göndərməklə əlaqə saxlaya biləcəyinizməlumatların mühafizəsi üzrə məsul şəxs təyin etdi.
3. İŞLƏNİLMİŞ FƏRDİ MƏLUMATLAR VƏ MƏLUMAT MƏNBƏLƏRİ
Biz fərdi məlumatları yalnız xüsusi işlənmə məqsədi üçün lazımi və uyğun olan həcmdə işlədirik. Tərəfimizdən toplanmış və işlənilmiş fərdi məlumatları iki ümumi məlumat kateqoriyasına bölmək olar: İstifadəçi Məlumatları və İstifadə Məlumatları.
İstifadəçi Məlumatları
İstifadəçi Məlumatları, vəziyyətdən asılı olaraq birbaşa özünüzdən və ya adından Wolt Xidmətlərindən istifadə etdiyiniz Müştəri Təşkilatımızdan ("Müştəri Təşkilatı") toplanan fərdi məlumatlardır. İstifadəçi Məlumatlarını İstifadəçilər və Müştəri Təşkilatlarımızdan müxtəlif yollarla, o cümlədən, Müştəri Təşkilatı ilə xidmət müqaviləsi bağlandıqdan sonra və ya İstifadəçilər Wolt Xidmətlərində qeydiyyatdan keçdikdə, xəbər bülleteninə abunə olduqda və ya forma doldurduqda toplaya bilərik. Əlavə olaraq unutmayın ki, Wolt Xidmətləri vasitəsilə həyata keçirdiyiniz hər hansı bir əməliyyat və ödənişlər barədə məlumatları da toplayırıq.
Wolt Xidmətlərindən istifadə üçün lazım olan İstifadəçi Məlumatları
Bizim tərəfimizdən toplanmış və işlənilmiş aşağıdakı fərdi məlumatlar sizinlə bizim aramızdakı müqaviləni lazımi səviyyədə yerinə yetirmək, həmçinin, Müştəri Təşkilatlarımızla müqavilə öhdəliklərimizi yerinə yetirərkən qanuni maraqlarımız və bizim qanuni öhdəliklərimizə əməl etmək üçün lazımdır.
Bizimlə Müştəri Təşkilatı arasında xidmət müqaviləsi bağlandıqdan sonra Müştəri Təşkilatı bizə tam adınızı və e-poçt ünvanınızı təqdim edir.
Wolt Xidmətlərində qeydiyyatdan keçdiyiniz və istifadəçi hesabı yaratdığınız zaman bizə aşağıdakı məlumatları təqdim etməlisiniz:
tam ad
telefon nömrəsi
e-poçt ünvanı
ödəniş vasitə(ləri)nizin nömrəsi və ödəniş vasitə(ləri)nizin son istifadə müddəti (qida məhsullarını Wolt Xidmətləri vasitəsilə sifariş etmək üçün tələb olunur, lakin Wolt, ödənişlərin emalı üçün üçüncü tərəf ödəmə xidməti təchizatçısından istifadə etdiyindən Wolt-da yaddaşda saxlanılmır) kimi ödəniş vasitəs(lər)i ilə əlaqəli məlumatlar.
Bizə könüllü olaraq və Wolt Xidmətlərindən istifadə edərkən verdiyiniz İstifadəçi Məlumatları
İstifadəçi və ya müştəri təcrübəniz bizə aşağıdakı məlumatları təqdim etməklə inkişaf etdirilə bilər:
Əlavə Hesab Məlumatı:
şəkil
çatdırılma ünvanı
məkan məlumatları (məkan məlumatlarınızın emal olunmasına razılıq verdiyiniz təqdirdə)
tərəfdaşa aid bonus kartı və ya ölkənizdə tətbiq olunarsa, digər loyallıq proqramında iştirak
yaş məhdudiyyəti olan mallar sifariş edərkən: yaş, və
istifadəçi hesabı yaradarkən və ya sonradan hesabınıza dəyişikliklər edərkən təqdim etdiyiniz digər məlumatlar
Digər məlumatlar. Könüllü olaraq təqdim etdiyiniz aşağıda qeyd olunan digər məlumatları da emal edə bilərik:
Wolt-dan və ya Wolt Xidmətləri vasitəsilə sifarişlərinizlə bağlı məlumatlar (məsələn, alınmış əşyalar, xüsusi təlimatlar, sifarişin tarixi və vaxtı, sifarişin ümumi məbləği və digər sifariş tarixçəsi),
reytinqlər, şərhlər təqdim edərkən və ya sorğulara cavab verərkən təqdim etdiyiniz məlumatlar,
sevimli restoranlar və ya tacirlər və digər üstünlüklər,
marketinq seçimləri və imtinalar, və
bizimlə telefon və ya e-poçt və ya söhbət yazışmalarında verdiyiniz məlumatlar, o cümlədən, müştəri xidmətlərimizə edilən zənglərinizin qeydləri.
Sizdən və Müştəri Təşkilatından toplanmış İstifadəçi Məlumatlarına əlavə olaraq, üçüncü tərəf xidmət təchizatçılarının sizin haqqınızda təqdim etdikləri müəyyən fərdi məlumatları da işləyirik.Məsələn, korporativ müştərilər üçün biz şirkətlə əlaqə və marketinqi təmin etmək, həmçinin müştəri münasibətlərini idarə etmək üçün şirkətin əlaqədar şəxsinin məlumatlarını işləyə bilərik. Bu cür məlumatlar ilk növbədə yerli ticarət reyestrləri, bu tip informasiya xidmətləri göstərən şirkətlər və ya şirkətlərin özləri kimi ictimai mənbələrdən əldə edilir.
Sifarişinizdə sağlamlıq vəziyyəti və ya digər həssas (xüsusi kateqoriya) fərdi məlumatları nəzərdə tutan məhsul və ya xidmətlər olduğu təqdirdə, Wolt sizə Wolt Xidmətlərini təqdim edə bilməsi üçün bu məlumatları emal etməlidir. Sifarişin məzmununa əlavə olaraq, bu məlumatlara, məsələn, reseptlə verilən dərman olduğu halda, tibbi resept məlumatları da aid edilə bilər. Wolt müvafiq qanun və qaydalara əsasən, bu cür fərdi məlumatların emalı üçün tətbiq oluna biləcək hər hansı əlavə təminatlara riayət edir. Mövcud qanunlar tələb etdikdə, Wolt bu cür fərdi məlumatların emalı üçün ayrıca razılıq istəyir və siz istənilən vaxt profil parametrləriniz vasitəsilə və ya support@wolt.com ünvanında Wolt dəstəyi ilə əlaqə saxlayaraq belə razılığı geri götürə bilərsiniz.
Hesabınıza Facebook ilə qoşulursunuzsa və ya daxil olursunuzsa, Facebook profil şəkliniz, Facebook dostlarınızın nümunəsi və Facebook eyniləşdirmə nömrəniz kimi fərdi məlumatlarınızı bizimlə paylaşır. Wolt öz səhifəsini Facebook-da saxlasa da, həm Wolt, həm də Facebook sizin fərdi məlumatlarınız üçün birgə nəzarətçilərdir. Facebook-da fərdi məlumatların işlənməsi ilə bağlı ətraflı məlumatı Meta Məxfilik Siyasətindən əldə etmək olar.
İstifadə Məlumatları
İstifadə Məlumatı İstifadəçinin Wolt Xidmətləri ilə qarşılıqlı əlaqəsindən yaranır. Sizi bir fərd olaraq müəyyənləşdirmək üçün, adətən, İstifadə Məlumatlarından istifadə etməməyimizə baxmayaraq, müəyyən hallarda tək və ya İstifadəçi Məlumatları ilə birləşdirildikdə və əlaqələndirildikdə eyniləşdirilə bilərsiniz. Bu cür hallarda, İstifadə Məlumatları da tətbiq olunan qanunlara əsasən fərdi məlumatlar hesab edilə bilər və biz bu məlumatlara fərdi məlumatlar kimi yanaşacağıq.
Wolt Xidmətlərini ziyarət edərkən və ya qarşılıqlı əlaqə qurarkən avtomatik olaraq aşağıdakı İstifadə Məlumatlarını toplaya bilərik:
Cihazınızı və ya brauzerinizi və Wolt tətbiqini, onların versiyalarını, xüsusiyyətlərini, imkanlarını və parametrlərini təsvir edən məlumatlar,
Operatorunuz, İnternet xidmət provayderiniz və şəbəkə qoşulma növü, o cümlədən IP ünvanınız haqqında məlumatlar,
Tətbiq satıcıları və ya reklamçılar üçün cihazınız və ya üçüncü şəxslər tərəfindən təmin edilən identifikatorlar və ya bizim yaratdığımız identifikatorlar,
Ölkə, yerli, saat qurşağı və geo-IP səviyyəli məkan məlumatı
Wolt Xidmətlərinə keçidi izlədiyiniz yer və Wolt Xidmətlərindən izlədiyiniz bağlantılarç
Wolt Xidmətləri ilə qarşılıqlı əlaqəniz və onlardan istifadənizin təfərrüatları. Buraya, məsələn, istifadə olunan nümunələr, istifadə etdiyiniz xüsusiyyətlər, reklam, xüsusi kampaniyada iştirak və təklif təəssüratları və qarşılıqlı əlaqə, sifarişlər haqqında məlumatlar daxildir.
Zaman damğası və yuxarıda qeyd olunan identifikatorlar daxil olmaqla, reklam tərəfdaşlarımız tərəfindən başlanmış əməliyyatları izləmək və hesabat vermək üçün məlumatlar
Cihazınızda reklam və analitik identifikatorlara nəzarət olunması ilə bağlı təfərrüatlar üçün aşağıda “Tanımlama məlumatları (çərəzlər) və digər texnologiyalar” bölməsinə baxın.
Tanımlama məlumatları (Çərəzlər) və digər texnologiyalar
İstifadəçilər Wolt Xidmətlərini ziyarət etdikdə, kukilər, vebsayt məlumatlarının saxlanması, veb və proqram telemetriyasından istifadə daxil olmaqla, İstifadə Məlumatlarını və digər məlumatları toplamaq və saxlamaq üçün müxtəlif texnologiyalardan istifadə edirik.
Cihazınızda saxlanılan tanımlama və digər vebsayt məlumatları bizə Wolt Xidmətlərinin ziyarətçilərini müəyyən etməyə və Wolt Xidmətlərindən istifadəni asanlaşdırmağa və ziyarətçilərimiz haqqında ümumi məlumat yaratmağa imkan verir. Bu, Wolt Xidmətlərini inkişaf etdirməyə və İstifadəçilərimizə daha yaxşı xidmət etməyə kömək edir. tanımlama və digər vebsayt məlumatları cihazınıza və ya fayllarınıza zərər verməyəcəkdir. Biz tanımlama və digər vebsayt məlumatlarından Wolt Xidmətlərini və təqdim etdiyimiz məlumatları İstifadəçilərimizin fərdi maraqlarına uyğunlaşdırmaq üçün istifadə edirik. Nəzərə alın ki, müxtəlif tanımlama məlumatlarının saxlanma müddəti məhduddur və bir dəqiqədən az vaxtdan qeyri-məhdud vaxta qədər, həmçinin xüsusi tanımlama məlumatları silindikdə dəyişir.
Buraya klikləməklə əvvəllər təqdim etdiyiniz tanımlama seçimlərini idarə edə bilərsiniz.
İstifadəçilər veb bələdçisini tanımlama məlumatlarından imtina edilməsi rejiminə uyğunlaşdıra bilər. Məsələn, aşağıdakı keçidlər bəzi məşhur bələdçilərdə tanımlama və digər veb məlumat parametrlərini necə tənzimləmək barədə məlumat verir:
Nəzərə alın ki, tanımlama məlumatlarının istifadəsindən imtina olunarsa, Wolt Xidmətlərinin bəzi hissələri düzgün işləməyə bilər.
Wolt Xidmətləri tətbiq və xidmət istifadənizi və seçimlərinizi izləmək və proqnozlaşdırmaq üçün təxəllüslü müəyyənləşdiricilərdən istifadə edir. Wolt həmçinin reklam tərəfdaşlarımız tərəfindən başlanmış əməliyyatları yoxlamaq və hesabat vermək üçün yalnız sessiya üçün nəzərdə tutulmuş üçüncü tərəf izləmə texnologiyalarından istifadə edir.
Tanımlama məlumat seçimlərinizi veb saytlarımızdakı tanımlama məlumat banneri vasitəsilə idarə edə bilərsiniz.
Siz həmçinin Wolt Tətbiqi vasitəsilə ünsiyyət və digər məxfilik parametrlərinizi idarə edə bilərsiniz.
Wolt ziyarətçi müəyyənləşdiriciləri parametrlərinizi dəyişdirməklə iOS və Android mobil cihazlarında deaktiv edilə bilər (iOS üçün: Settings → Wolt → Wolt settings → Limit Tracking, və Android üçün: Wolt tətbiqetməsi → Profile tab → Settings düyməsi yuxarı sağ küncdə).
Ümumiyyətlə, reklam müəyyənləşdiriciləri iOS mobil cihazlarında Limit Ad Tracking tab (Settings →Privacy → Advertising → Limit Ad Tracking) rejimi yandırılmaqla söndürülə bilər. Reklam müəyyənləşdiriciləri haqqında ümumi və daha çox məlumat əldə etmək üçün Apple Advertising and Privacy saytına baxın.
Wolt müxtəlif üçüncü tərəf analitika və telemetriya provayderləri, marketinq və ya filial tərəfdaşları və aşağıda sadalanan müştəri proqram təminatımıza inteqrasiya olunmuş digər xidmətlərdən istifadə edir:
Name | Satıcı | Məqsəd | Satıcının məxfilik bəyənatı |
---|---|---|---|
Google Analytics | Ziyarətçi və istifadə analitikası | ||
Google AdSense | Reklamın hədəflənməsi | ||
Google Tag Manager | Analitika və hesabat | ||
Upwave | Upwave | Wolt tətbiqində analitika, marketinq və hesabat | |
AppsFlyer | AppsFlyer | Wolt tətbiqində analitika, marketinq və hesabat | |
hCaptcha | Intuition Machines, Inc. | Botun aşkarlanması və qarşısının alınması və hesabat | |
Bugsnag | SmartBear Software Inc. | Veb-səhifələrdə və tətbiqlərdə xəta hadisəsi və performans izlənməsi | |
Facebook Graph API | Meta | Reklamların idarə edilməsi | |
Facebook Pixel | Meta | Reklam/konversiya izlənməsi | |
Firebase | Firebase | Mobil və veb tətbiqlərin inkişaf platforması | |
Intercom | Intercom | Dəstək xidməti ilə əlaqə | |
Ravelin | Ravelin | Fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması servisi | |
Riskified | Riskified | Ödəniş saxtakarlığının qarşısının alınması | |
Adform | Adform | Onlayn reklamların idarə edilməsi və çatdırılması | |
Floodlight | Floodlight | Reklam/konversiya izləməsi | |
Microsoft Clarity | Microsoft | İstifadəçi istilik xəritələrinin təhlili | |
Interspace | Interspace (Accesstrade) | Partnyor Marketing Platforması | |
Microsoft Bing | Microsoft | Axtarış servisi | |
Iterable | Iterable | Marketinq avtomatlaşdırılması | |
LinkedIn InsightTag | LinkedIn Marketing Solutions | Reklam/konversiya izləməsi | |
Taboola Pixel | Taboola | Reklam/konversiya izləməsi | |
TradeDoubler | TradeDoubler | Reklam/konversiya izləməsi | |
Twitter Universal Website Tag | Twitter Ads | Reklam/konversiya izləməsi | |
Yahoo | Yahoo | Reklam/konversiya izləməsi | |
Reddit Pixel | Reddit Ads | Reklam/konversiya izləməsi | |
Sentry | Sentry.io | Funksional proqram təminatı |
Nəzərə alın ki, yuxarıda göstərilən satıcıların hamısı hər hansı bir zamanda və ya bütün bazar sahələrində istifadə olunmur.
4. İŞLƏNİLMƏNİN MƏQSƏDLƏRİ VƏ ƏSASLARI
Biz fərdi məlumatları yalnız xüsusi işlənmə məqsədləri üçün lazım olan və uyğun olan dərəcədə işləyirik. Nəzərə alın ki, aşağıdakı məqsədlərdən və hüquqi əsaslardan biri və ya bir neçəsi eyni vaxtda tətbiq oluna bilər.
Birincisi, Wolt sizə və ya Müştəri Təşkilatına qarşı müqavilə öhdəliklərini yerinə yetirmək üçün fərdi məlumatlarınızı emal edir, məsələn, zəruri həddə:
sizinlə Wolt arasında və ya Müştəri Təşkilatı ilə Wolt arasında və ya Wolt Drive müştərisi ilə Wolt arasında bağlanmış müqavilə əsasında sizə Wolt Xidmətlərini təklif etmək üçün;
sizinlə Wolt arasında müqaviləni yerinə yetirmək və Sifarişinizin idarə olunması və çatdırılması üçün, habelə müddəalar və şərtlərə, məxfilik siyasətlərinə və ya müqavilə ilə bağlı digər mühüm dəyişikliklərə dair sizinlə əlaqə saxlamaq üçün;
ödənişlərinizi və ya hər hansı geri ödəmələrinizi (mümkün olduqda) idarə etmək və tərəfdaşlarımıza (restoranlar, pərakəndə satıcılar və kuryer tərəfdaşlarımız, bundan sonra birlikdə həm də “Tərəfdaş” kimi) sifarişinizin hazırlanması və ya çatdırılması üçün lazım olan məlumatları təqdim etmək üçün;
suallarınıza cavab vermək və ya bizimlə əlaqə saxladığınızda, dəstək işlərinizi həll etmək üçün.
İkincisi, fərdi məlumatlarınızı qanuni marağımızı təmin etmək üçün işimizi idarə etmək, inkişaf etdirmək və saxlamaq və müştəri münasibətlərini yaratmaq və qorumaq məqsədi ilə işləyirik. Sizin məlumatlarınızı qanuni maraqlarımız əsasında istifadə etməyi seçərkən şəxsi maraqlarımızı sizin şəxsi məxfilik hüququnuzla nisbətdə qiymətləndiririk və məsələn, mümkün olduqda, sizə asanlıqla bizim marketinq əlaqələrimizdən imtina etmək və anonimləşdirilmiş və ya şəxsiyyəti müəyyənləşdirməyə imkan verməyən məlumatdan istifadə etmək imkanını təmin edirik. Qanuni maraq əsasında məlumatlarınızın emalına etiraz etmək hüququnuz var. Bununla belə, Wolt, məsələn, hüquqi iddiaların hazırlanması, həyata keçirilməsi və ya müdafiəsi üçün zəruri olduqda, qüvvədə olan qanunvericiliyə uyğun olaraq belə etirazdan imtina edə bilər.
Biz fərdi məlumatlarınızı lazım olan dərəcədə və qanuni maraqlara əsaslanaraq aşağıdakı məqsədlər üçün işləyirik:
İddiaların baxılması, borcların yığılması və hüquqi proseslər. Saxtakarlığın qarşısının alınması, xidmətlərimizdən sui-istifadə və məlumat, sistem və şəbəkə təhlükəsizliyi üçün də məlumatları işləyə bilərik.
Sizinlə Wolt Xidmətləri ilə bağlı əlaqə saxlamaq və onlarla əlaqəli dəyişikliklər barədə sizə məlumat vermək və ya Wolt Xidmətləri ilə bağlı rəyinizi soruşmaq, Wolt Xidmətlərini sizə satmaq və ya Wolt Xidmətləri vasitəsilə sizə hədəflənmiş və ya fərdiləşdirilmiş reklamlar göstərmək və ya marağınıza səbəb ola biləcək xidmətlərin və ya məhsulların başqa məqsədli marketinqini sizə göndərmək. Belə bir hədəf qrupu yaratmaq üçün biz İstifadə Məlumatları bölməsində yuxarıda sadalanan məlumatları işləyə bilərik. Nəzərə alın ki, tətbiq olunan qanunun tələb etdiyi halda, fərdi məlumatların marketinq məqsədləri üçün işlənməsi sizin razılığınıza əsaslanacaq (həmçinin aşağıda “Birbaşa Marketinq” bölməsinə baxın).
Wolt Xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq və işimizi inkişaf etdirmək, məsələn, Wolt Xidmətlərindən istifadənizlə bağlı məlumatları işləməklə, Wolt Xidmətlərindən istifadədə hər hansı tendensiyaları təhlil etməklə Xidmətlərimizin ehtiyaclarınıza uyğun olmasını təmin etmək üçün fərdi məlumatlar müştəri məmnuniyyəti sorğuları kimi hallar üçün istifadə edilə bilər. Mümkün olduqca, bunu yalnız məcmu, fərdi müəyyənləşdirməyə imkan verməyən məlumatlardan istifadə edərək edəcəyik.
Məlumatlarınızı bu Məxfilik Bəyannaməsinə uyğun olaraq Wolt şirkətlər qrupu daxilində işləmək.
Sizə Wolt Xidmətlərini təqdim etmək, eləcə də yuxarıda qeyd olunan digər məqsədlər üçün fərdi məlumatlarınızı işləyərkən, emalda avtomatlaşdırılmış qərarların qəbulunu da əhatə edən avtomatlaşdırılmış vasitələrdən istifadə edə bilərik.
Bundan əlavə, qanuni öhdəliklərimizi idarə etmək və yerinə yetirmək üçün fərdi məlumatlarınızı işləyə bilərik. Buraya mühasibat uçotu öhdəliklərimizə riayət edilməsi və məcburi hüquqi müddəalara uyğun olaraq vergi orqanları və ya hüquq-mühafizə orqanları kimi müvafiq orqanlara məlumat təqdim edilməsi üçün işlənmiş məlumatlar daxildir.
Wolt Xidmətlərinin bəzi hissələrində, fərdi məlumatların işlənməsi üçün razılığınızı verməyiniz tələb oluna bilər. Məsələn, Wolt Tətbiqi daxilində siz marketinq və digər icazələrinizi idarə edə bilərsiniz.Əgər fərdi məlumatlarınızın emalı sizin razılığınıza əsaslanırsa, siz istənilən vaxt bizimlə əlaqə saxlamaqla və ya müvafiq razılıq parametrinə dəyişiklik edərək, (məsələn, Wolt Tətbiqi daxilində) razılığınızı geri götürə bilərsiniz.
İsraildə yerləşən İstifadəçilər üçün: Wolt Xidmətlərinə daxil olmaq, onlara qoşulmaq və ya onlardan istifadə etməklə siz bu Məxfilik Bəyannaməsində göstərilən şərtlər və müddəalarla, o cümlədən Wolt Xidmətlərinin bir hissəsi kimi toplanan fərdi məlumatlarınızın toplanması, işlənməsi, ötürülməsi və istifadəsi ilə razılaşırsınız və belə razılıq Məxfilik Bəyannaməsinə uyğun olaraq fərdi məlumatlarınızın emalı üçün hüquqi əsas kimi qəbul edilir. Əgər göstərilən hər hansı şərtlə razı deyilsinizsə, Wolt Xidmətlərinə daxil ola və ya onlardan istifadə edə bilməyəcəksiniz. Siz həmçinin qəbul və təsdiq edirsiniz ki, sizdən bizi fərdi məlumatlarınızla təmin etmək və könüllü olaraq təmin etmək tələb olunmur. Siz həmçinin qəbul və təsdiq edirsiniz ki, sizdən fərdi məlumatlarınızı bizə təqdim etməyiniz tələb olunmur və bu məlumatlar könüllü olaraq bizə verilir.
5. AVROPA XARİCİNDƏKİ ÖLKƏLƏRƏ ÖTÜRÜLMƏ
Wolt, fərdi məlumatlarınızı ilk növbədə Avropa İqtisadi Bölgəsində saxlayır. Bununla birlikdə bir neçə coğrafi məkanda xidmət təchizatçılarımız, əməliyyatlarımız və qrup şirkətlərimiz var. Buna görə, biz və xidmət təchizatçılarımız sizin fərdi məlumatlarınızı Avropa İqtisadi Bölgəsindən və ya İstifadəçinin yerləşdiyi ərazidən kənarda yerləşən yurisdiksiyalara ötürə və ya işləyə bilərik.
İstifadəçilərin fərdi məlumatlarının işləndiyi yurisdiksiyalarda lazımi səviyyədə qorunmasını təmin etmək üçün addımlar atacağıq. Fərdi məlumatların Avropa İqtisadi Bölgəsindən kənar ölkələrə ötürülməsi üçün Standart Müqavilə Müddəalarına əsaslanan bir sıra xidmət təchizatçılarımızla bağladığımız sazişlər və ya Məxfilik Sistemi Çərçivəsi kimi digər müvafiq təminatlar vasitəsilə kifayət qədər adekvat qorunma təmin edirik.
Fərdi məlumatların ötürülməsi ilə bağlı daha çox məlumat yuxarıda göstərilən ünvanlardan birinə müraciət olunmaqla bizimlə əlaqə saxlanılaraq əldə edilə bilər.
6. MƏLUMAT ALANLAR
Fərdi məlumatlarınızı yalnız Wolt təşkilatının tərkibində bu Məxfilik Bəyannaməsinin məqsədləri üçün mümkün qədər zəruri olduqda paylaşırıq.
Aşağıdakı hallardan biri tətbiq olunmadıqda fərdi məlumatlarınızı Wolt təşkilatından kənarda üçüncü tərəflərlə bölüşmürük:
Bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və səlahiyyətli xidmət təchizatçılarına
Üçüncü tərəflərin (məsələn, sifarişinizi hazırlayan restoranlar, sifarişinizi verən kuryer ortaqlarımız və sifarişinizi ödəyə bilən Müştəri Təşkilatı və digər üçüncü şəxslər) Wolt Xidmətlərini yerinə yetirməyimiz və ya digər qanuni səbəblər üçün fərdi məlumatlara çıxışa ehtiyacı olduqda məlumatlarınızı üçüncü tərəfə təmin edirik. Nümunə olaraq, telefon nömrənizi zəruri olarsa, məsələn, sifarişdə əvəzedici məhsulu qəbul edib-etmədiyinizi soruşmaq və ya sifarişinizdə bir elementin çatışmadığını bildirmək və ya hər hansı xüsusi tələbinizə aydınlıq gətirmək üçün sifarişinizi hazırlayan Tərəfdaşla paylaşa bilərik.
Bundan əlavə, fərdi məlumatlarınızı filiallarımıza və bizim üçün xidmətlər (məlumatların saxlanması, mühasibat uçotu, analitika, satış və marketinq və ödəniş saxtakarlığının qarşısının alınması daxil olmaqla) göstərən səlahiyyətli xidmət təchizatçılarına, bizim üçün ödəmələrinizi emal etmək üçün ödəmə xidməti təchizatçılarına və Tərəfdaşlara təqdim edə bilərik.
Məlumat Wolt adından üçüncü tərəflər tərəfindən işləndikdə, Wolt məlumatlarınızın yalnız bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və bütün tətbiq olunan qanun və qaydalara və bizim göstərişlərə və müvafiq konfidensiallıq və təhlükəsizlik öhdəliklərinə uyğun olaraq işlənməsini təmin etmək üçün müvafiq müqavilə və təşkilati tədbirlər görür.
Unutmayın ki, fərdi məlumatları birbaşa Wolt Xidmətlərindəki keçid vasitəsilə birbaşa üçüncü tərəfə təqdim edirsinizsə, işləmə, ümumiyyətlə onların siyasət və standartlarına əsaslanır.
Wolt xidmətlərinin yerinə yetirilməsi üçün tərəfdaşlarla:
Sifarişinizi hazırlayan, satan və/və ya çatdıran Tərəfdaşlar, sifarişinizi çatdıran kuryer partnyorlarımız və sifarişinizi ödəyə bilən Müştəri Təşkilatı kimi üçüncü şəxslərin Wolt Xidmətlərini yerinə yetirməyimiz üçün fərdi məlumatlara girişə ehtiyacları olduqda,belə üçüncü tərəflərə məlumatlarınızı təqdim edirik.
Sifarişinizi yerinə yetirmək üçün lazım olan fərdi məlumatları tərəfdaşa və müvafiq hallarda onun ana şirkətinə və ya françayzerinə təqdim edirik. Tərəfdaşın xidmətindən asılı olaraq bu məlumatlara adınız, çatdırılma ünvanınız və alışınızla bağlı məlumat, o cümlədən məkan təfərrüatları, sifariş nömrəsi, sifariş və çatdırılma vaxtı, çatdırılma metodu, sifariş edilmiş məhsullar, sifarişlə bağlı verdiyiniz şərhlər və rəylər daxil ola bilər.Bu cür məlumatlar Tərəfdaşın sifarişi hazırlamasına imkan vermək, o cümlədən müvafiq hallarda, mağazada məhsulların götürülməsi, Tərəfdaşın xidmətinin keyfiyyətinin təmin edilməsi və Wolt-da mövcud olan məhsul seçimi, eləcə də Tərəfdaşın qanuni öhdəliklərinə riayət edilməsi üçün paylaşılır. Bu cür təfərrüatları öz hüquq və öhdəliklərini, məsələn, sizə qarşı qanuni öhdəliklərini yerinə yetirmək məqsədilə işlətdikdə, Tərəfdaş Fərdi Məlumatların müstəqil nəzarətçisidir və onun emal əməliyyatlarının qanuniliyinə görə məsuliyyət daşıyır.
Tərəfdaşın müəyyən etdiyi şərtlərə uyğun olaraq, Tərəfdaşa verilən hər hansı sifarişləri müvafiq loyallıq proqramı ilə əlaqələndirmək məqsədilə siz Wolt Xidmətinə Tərəfdaşa aid bonus kartınızın və ya loyallıq proqramınızın təfərrüatlarını əlavə edə bilərsiniz.Wolt bu cür təfərrüatları Tərəfdaşla paylaşacaq və Tərəfdaş bu cür təfərrüatların müstəqil nəzarətçisidir və bununla da emalın qanuniliyini təmin etmək üçün məsuliyyət daşıyır.
Zəruri hallarda məsələn, sifarişdə əvəzedici məhsulu qəbul edib-etmədiyinizi soruşmaq və ya sifarişinizdə bir elementin çatışmadığını sizə bildirmək və ya sifarişin tamamlanması ilə bağlı hər hansı xüsusi sorğu dəqiqləşdirmələri və ya digər zəruri məqsədlər üçün telefon nömrənizi və adınızı sifarişinizi hazırlayan Tərəfdaşla da paylaşa bilərik. Ticarət tərəfdaşlarımızın özləri tərəfindən həyata keçirilən çatdırılmalar üçün biz sizin çatdırılma ünvanınızı və telefon nömrənizi də həmin Tərəfdaşlarla paylaşa bilərik.
Qanuni səbəblər və hüquqi proseslər üçün
Fərdi məlumatların əldə edilməsi və istifadəsinin (i) hər hansı tətbiq olunan qanuna, qaydalara və/və ya məhkəmə qərarına əməl etmək; (ii) dələduzluq, cinayət, təhlükəsizlik və ya texniki məsələləri aşkar etmək, qarşısını almaq və ya başqa yolla həll etmək; və/və ya ; (iii) qanuna uyğun olaraq Wolt, İstifadəçilər və ya ictimaiyyətin maraqlarını, mülkiyyətini və ya təhlükəsizliyini qorumaq üçün əsaslı şəkildə zəruri olduğuna dair vicdanlı inancımız varsa, fərdi məlumatlarınızı Wolt xaricindəki üçüncü tərəflərlə bölüşə bilərik. Mümkün olduqda bu cür emal barədə sizə məlumat verəcəyik.
Digər qanuni səbəblərə görə
Wolt birləşmə, satınalma və ya aktivlərin satışında iştirak edirsə, fərdi məlumatlarınızı əlaqəli üçüncü tərəfə ötürə bilərik. Buna baxmayaraq, bütün fərdi məlumatların məxfiliyini təmin etməyə davam edəcəyik. Fərdi məlumatları ötürdükdə və ya fərqli bir məxfilik bəyannaməsinə məruz qaldıqda, əlaqəli bütün İstifadəçilərə bildiriş verəcəyik.
Sizin açıq razılığınızla
Açıq razılığınız olduqda fərdi məlumatlarınızı Wolt xaricindəki üçüncü tərəflə bölüşə bilərik. Bizimlə əlaqə saxlayaraq bu razılığı hər zaman ödənişsiz şəkildə geri götürmək hüququnuz var.
7. YADDAŞDA SAXLAMA MÜDDƏTİ
Wolt, fərdi məlumatlarınızı qanuni olaraq icazə verilən və Wolt Xidmətlərini və ya onun müvafiq hissələrini təmin etmək üçün tələb olunan müddətdən daha uzun müddətə saxlamır. Saxlama müddəti məlumatın xarakterindən və emal məqsədlərindən asılıdır. Buna görə də, maksimum müddət istifadəyə görə dəyişə bilər.
İstifadəçi öz istifadəçi hesabını sildikdən sonra fərdi məlumatlar yalnız bu cür emal qanunla tələb olunduğu və ya qanuni öhdəliklərimiz və ya iddialara baxılması, mühasibat uçotu, daxili hesabat və barışıq kimi qanuni maraqlarımız üçün əsaslı surətdə zəruri olduğu müddətcə saxlanıla bilər.
Məlumatların yalnız lazımi müddət ərzində saxlanmasını təmin etmək üçün fərdi məlumatların saxlanma müddətini mütəmadi olaraq qiymətləndiririk.
8. HÜQUQLARINIZ
Giriş hüququ
Bizim tərəfimizdən işlənilmiş fərdi məlumatlarınıza daxil olmaq və məlumat almaq hüququnuz var. Bizimlə əlaqə saxlamaq şərtilə, biz sizə Wolt Xidmətlərindəki istifadəçi hesabınızdan müəyyən məlumatlara baxmaq və ya fərdi məlumatlarınızın nüsxəsini tələb etmək imkanı veririk.
Razılığı geri götürmək hüququ
Əgər emal İstifadəçinin verdiyi razılığa əsaslanırsa, İstifadəçi razılığı istənilən vaxt pulsuz geri götürə bilər. Razılığın geri götürülməsi Wolt Xidmətlərindən istifadə imkanlarının azalmasına səbəb ola bilər. Razılığın geri götürülməsi onun geri götürülməsinə qədər razılığa əsaslanan emalın qanuniliyinə təsir göstərmir.
Düzəliş etmək hüququ
Haqqınızda saxladığımız səhv və ya natamam fərdi məlumatlarınızı bizimlə əlaqə quraraq düzəltmək və ya tamamlamaq hüququnuz var. Wolt Xidmətlərindəki istifadəçi hesabı vasitəsilə bəzi fərdi məlumatlarınızı düzəldə və ya yeniləyə bilərsiniz.
Silinmə hüququ
Siz, fərdi məlumatlarınızı sistemlərimizdən silməyimizi də xahiş edə bilərsiniz. Məlumatları silməməyimiz üçün qanuni bir əsasımız yoxdursa, bu tələbi yerinə yetiririk.
Etiraz etmək hüququ
Məlumatlar Wolt Xidmətlərin icrası və ya qanuni bir öhdəliyin yerinə yetirilməsi üçün zəruri olmayan başqa məqsədlər üçün işlənildiyi təqdirdə fərdi məlumatlarınızın müəyyən istifadəsinə etiraz etmək hüququnuz ola bilər. Fərdi məlumatlarınızın əlavə olaraq işlənməsinə etiraz edirsinizsə, bu, Wolt Xidmətlərindən istifadə etmək imkanlarının daha az olmasına səbəb ola bilər.
İşlənmənin məhdudlaşdırılması hüququ
Məlumatlarınızı silmək, düzəliş və ya etiraz tələbləri gözləmədə olduqda və/və ya məlumatlarınızı emal etmək üçün qanuni əsaslarımız olmadıqda, fərdi məlumatların işlənməsinin məhdudlaşdırmağımızı istəyə bilərsiniz. Lakin bu, Wolt Xidmətlərindən istifadə etmək imkanlarının daha az olmasına səbəb ola bilər.
Məlumatın daşınması hüququ
Bizə təqdim etdiyiniz fərdi məlumatları strukturlaşdırılmış və çox istifadə olunan formatda almaq və bu məlumatları müstəqil olaraq üçüncü tərəfə ötürmək hüququnuz var.
Hüquqlarınızdan necə istifadə etməli
Yuxarıda göstərilən hüquqlar ya Wolt supportla əlaqə saxlamaq, ya da yuxarıda göstərilən ünvanlara aşağıdakı məlumatlar daxil olmaqla bizə məktub və ya e-poçt göndərməklə istifadə edilə bilər: tam ad, ünvan, e-poçt ünvanı və telefon nömrəsi. İstifadəçinin şəxsiyyətini təsdiqləmək üçün zəruri olan əlavə məlumatların təqdim edilməsini tələb edə bilərik. Əgər Wolt hesabınız varsa, Wolt dəstəyi vasitəsilə bizimlə əlaqə saxlamağınızı tövsiyə edirik, çünki bu, sizi daha asan müəyyən etməyə imkan verir. Əsassız olaraq təkrarlanan, həddən artıq və ya açıq şəkildə əsassız olan tələbləri rədd edə və ya onlara ödəniş tətbiq edə bilərik.
9. BİRBAŞA MARKETİNQ
İstifadəçi, İstifadəçinin fərdi məlumatlarını birbaşa marketinq məqsədləri üçün istifadə etməyimizi, bazar araşdırmaları və birbaşa marketinq məqsədləri üçün təqdim etməyimizi, yuxarıda göstərilən ünvanlarla əlaqə quraraq və ya Wolt Xidmətlərinin funksiyalarından istifadə edərək və ya birbaşa reklam mesajları ilə əlaqədar təklif olunan abunə olma imkanından imtina yoluyla qadağan etmək hüququna malikdir.
10. ŞİKAYƏT VERMƏK
İstifadəçi, fərdi məlumatlarının işlənməsini tətbiq olunan məlumatların qorunması haqqında qanunlara zidd hesab etdikdə, Finlandiyada məlumatların qorunması üzrə yerli nəzarət orqanına, Məlumat Qoruma Ombudsmanına (tietosuoja.fi) şikayət edə bilər. Alternativ olaraq, İstifadəçi yaşadığı ölkənin məlumatların qorunması üçün yerli və səlahiyyətli nəzarət orqanına şikayət edə bilər.
11. MƏLUMATIN TƏHLÜKƏSİZLİYİ
Topladığımız və emal etdiyimiz fərdi məlumatları qorumaq üçün inzibati, təşkilati, texniki və fiziki tədbirlərdən istifadə edirik. Tədbirlərə, məsələn, lazım olduqda şifrləmə, anonimləşdirmə, təhlükəsizlik divarı, təhlükəsizlik qurğuları və giriş hüququ sistemləri daxildir. Təhlükəsizlik nəzarətimiz məlumatların məxfiliyinin, bütövlüyünün, mövcudluğunun, dayanıqlılığının və məlumatları bərpa etmək qabiliyyətinin müvafiq səviyyəsini qorumaq üçün hazırlanmışdır. Biz, Wolt Xidmətlərini, sistemləri və digər aktivləri təhlükəsizlik həssaslığı üçün mütəmadi olaraq sınaqdan keçiririk. Bundan əlavə, Wolt işçilərinin fərdi məlumatlara çıxışı məhdudlaşdırılır və giriş işçinin vəzifə tapşırıqlarının məqsədlərindən asılıdır.