Hər bir biznes üçün istənilən anda çatdırılma
Veb-saytınızdan və ya tətbiqinizdən çatdırılmaya elə bu gün başlayın. Wolt Drive ilə təcili və ya əvvəlcədən planlaşdırılmış çatdırılmanı seçin. Sizin biznes, bizim kuryer-partnyorlarımız – istənilən vaxt.
Wolt Drive nədir?
Wolt Drive sizə sürətli, izlənilə bilən çatdırılma imkanı yaradır. İstər bir, istərsə də yüzlərlə ünvanınız olsun – sifarişləri bir saatdan az müddətdə çatdırın və ya öz istəyinizə uyğun zaman aralığını təyin edin. Brend təcrübəniz tam nəzarətinizdədir. Qarışıq texniki tənzimləmələr yoxdur, yalnız işinizə uyğun etibarlı çatdırılma.
Son mil çatdırılmasında sərhədləri aşın
Ultra-sürətli və planlaşdırılmış çatdırılma
Sifarişləri bir saatdan az müddətdə çatdırın və ya müştərilərə "checkout"-da vaxt seçmək imkanı təklif edin.
Sadə, şəffaf qiymət siyasəti
Yalnız tamamlanmış çatdırılmaya görə ödəniş edin və xərci tam və ya qismən müştəriyə ötürmək barədə özünüz qərar verin.
Canlı izləmə
Müştərilər kuryerin harada olduğunu görə bilər; siz isə hər mərhələni real vaxtda izləyirsiniz.
İş rejiminizə uyğunlaşır
Tək məkan, və ya on məkan – bir çatdırılma vaxtı, və ya on. Wolt Drive sizin ritminizə uyğun hərəkət edir.
Yüksək səviyyəli dəstək
Canlı operatordan cavab. Sorğuların 96%-i “əla” qiymətləndirilir və cavab sürəti bir dəqiqədən azdır.
Sizin kimi bizneslər bizi seçir
Wolt Drive - istənilən biznes modelə uyğun inteqrasiya
Wolt Drive API
Wolt Drive API ilə tam avtomatlaşdırılmış sifariş axını üçün öz iş prosesinizi qurun.
Platforma partnyorları
Wolt Drive-ı veb-mağazanıza və ya sifariş sisteminizə bizim partnyorların "plug-in"-ləri vasitəsilə qoşun.
Wolt Drive Web App
Bir neçə dəqiqə ərzində brauzerinizdən çatdırılmaya başlayın. Texniki komandaya ehtiyac olmadan təcili və ya planlaşdırılmış sifarişlər.
Wolt Drive necə işləyir?
Müştəri saytınızdan və ya tətbiqinizdən sifariş edir. Wolt Drive birbaşa "checkout"-a inteqrasiya olunur.
Sifarişi qəbul edin, uyğun vaxtda hazırlayın.
İndi göndərin və ya istədiyiniz saat üçün planlaşdırın.
Kuryer hazır olduğunuz anda gəlir. Çatdırılma 30–60 dəqiqəyə və ya seçdiyiniz vaxtda həyata keçirilir.
Siz və müştərilər real vaxtda hər mərhələni izləyə bilərsiniz. Həmçinin yüksək reytinqli dəstək xidmətimiz hər zaman köməyinizə hazırdır.
Tez-tez verilən suallar
Biznesim Wolt-da təmsil olunmayıbsa, Wolt Drive-dan istifadə edə bilərəm?
Müştərilərim sifarişi Wolt tətbiqi vasitəsilə etməlidir?
Orta çatdırılma vaxtı nə qədərdir?
Wolt Drive mənim biznesimə uyğundurmu?
Xərclər necə hesablanır?
Çatdırılmaya elə bu gün başlayın
Kitab və ya burger – Wolt Drive hər şeyi sürətlə çatdırır. Nəyi gözləyirsiniz?