Ana Gününü xüsusi etmək üçün 7 restoran promo tövsiyəsi
Həqiqi potensiala malik bir gün. Bu tövsiyələrdən istifadə edin ki, biznesiniz üçün dəyərli olsun.
Analar Günü adi bir bayram deyil—ailələr bu günü qeyd etmək üçün böyük səylər göstərir və bu, çox vaxt çölə çıxıb yemək yeməyi (və ya evə sifariş verməyi) əhatə edir.
Technomic Inc. məlumatlarına görə, insanların 42%-i Analar Günündə restorandan sifariş verməyi planlaşdırır, onlardan 74%-i yerində yeməyi, 50%-i isə şəbəkə (chain) restoranlarını seçir.
Sizin biznesinizin fərqlənməsini istəyirsinizsə, diqqətli planlaşdırma və yaradıcı promo kampaniyaları ən yaxşı köməkçilərinizdir.
Burada həm restoranınız, həm də müştəriləriniz üçün Analar Gününü uğurlu etməyin yeddi yolu göstərilir.
1. Son dəqiqə rezervasiyalarına hazır olun
Bəlkə düşünürsünüz ki, hər kəs əvvəldən yer rezervasiya edir, amma OpenTable məlumatlarına görə rezervasiyaların 35%-dən çoxu Analar Gününə 2 gün qalmış edilir. Bu o deməkdir ki, həm yerində yemək, həm də çatdırılma üçün böyük tələbi qarşılaya biləcək strategiyanız olmalıdır.
Gec qərar verənlər üçün yer saxlayın. Mövcudluğu real vaxtda tənzimləyin və tarix yaxınlaşdıqca əlavə vaxt aralıqları təqdim edin.
Onlayn gözləmə siyahısından yararlanın. Qonaqlara gəlmədən əvvəl növbəyə yazılma imkanı verin ki, həm sizin komandanız, həm də müştərilər gərginlikdən azad olsun.
Çatdırılma və “teykevey”-dən maksimum yararlanın. Masalar dolduqda, insanlar yeməyi evə sifariş etməyə üstünlük verir—Analar Günü üçün xüsusi təkliflərinizin onlayn göründüyünə diqqət edin.
Wolt ilə işləyirsinizsə, Merchant Portal-da Analar Gününə aid promo və endirimlərinizi indidən aktivləşdirin.
💡Hələ Wolt-da deyilsiniz? Yerli müştərilərə çıxış əldə etmək üçün indi qoşulmaq əla vaxtdır—xüsusilə Analar Günü yeməyi axtaranlar üçün.
2. “Brunch” əsasdır, amma erkən axşam yeməyi gizli qazanc ola bilər
Analar Günü və “brunch” adətən yanaşı xatırlanır, amma bu, yeganə pik vaxt deyil. OpenTable məlumatlarına əsasən, ötən il rezervasiyaların 40%-dan çoxu 11:00–14:00 arasında olsa da, təxminən dörddə biri 17:00–18:00 erkən axşam saatlarına düşür. Bu məqamı nəzərə almasanız, potensial gəliri əldən verə bilərsiniz.
Hər iki pik saatı necə səmərəli şəkildə idarə etmək olar
Hər iki dalğa üçün heyət cədvəli tərtib edin. Bir çox restoran yalnız “brunch”-a yönəlir və erkən axşam dalğasını unudur. Komandanızın hər iki dalğa üçün hazır olduğuna əmin olun.
Masanı daha sürətli dəyişin. 1,5–2 saatlıq oturma limiti yüksək tələbat saatlarında daha çox qonaq qəbul etməyə kömək edir.
Erkən axşam yeməyini çatdırılma fürsətinə çevirin. Bəzi ailələr evdə qalmağı üstün tutur. Wolt partnyorusunuzsa:
Erkən axşam yeməyi üçün nəzərdə tutulmuş yeməkləri menyuda irəli çəkin.
18:00-dan əvvəlki sifarişlər üçün endirim təqdim edin və erkən sifarişləri cəlb edin.
3. Analar Gününə xas, yaddaqalan menyu tərtib edin
Sabit qiymətli menyu (prix-fixe) və ya məhdud müddətli xüsusi yeməklər Analar Gününə daha bayram abu-havası gətirir, həm də orta sifariş məbləğini yüksəldir və mətbəx işini də optimallaşdırır.
📊 Analar Günündə tam xidmət göstərən restoranlar adi bazar günü ilə müqayisədə 51% daha çox satış əldə edir və orta ödəniş çeki 32% artır.
Nə daha yaxşı işləyir?
Klassik branç yeməkləri, amma fərqli təqdimatda: Məsələn, üzəri bol kremli blinçiklər, hisə verilmiş balıqlı beygllər və ya avokadolu tost—üstəlik anaya hədiyyə bir içki də əlavə edə bilərsiniz.
Prix-fixe axşam yeməkləri: Steyk, dəniz məhsulları və ya pasta şərabla uyğunlaşdırılmış şəkildə. Ailəvi paketlər şəklində təqdim edərək masa başına gəliri artırın.
Kiçik hədiyyələr və əlavə təkliflər: Anaya pulsuz desert, yaxud desert–şərab kombinasiyası kimi təkliflər maraqlı ola bilər.
Çatdırılma və “teykevey” paketləri: Hamı restoranda qeyd etmir. “İki nəfərlik brunch” və ya “ailəvi axşam yeməyi” paketləri evdən qeyd etmək istəyənləri cəlb edir.
4. Balaca jestlər, böyük təsir
Bəzən sadə bir jest müştərinin məhz sizi seçməsinə səbəb olur.
📊 Analar Günü ilə bağlı müştərilərin yarısına qədəri xüsusi təkliflər axtarır, 44%-i isə anaya pulsuz bir hədiyyə təqdim olunmasını yüksək qiymətləndirir.
Əlavə dəyər yaratmağın sadə üsulları
Hər masaya və ya “teykeveyt” sifarişinə bir gül və ya əl yazısı ilə kiçik qeyd qoymaq.
Anaya bir pulsuz içki—məsələn, tematikaya uyğun kokteyl və ya mokteyl.
Daha böyük qrupları cəlb etmək üçün “2 al 1 ödə” kampaniyaları.
Lotereya və ya hədiyyə kampaniyası keçirmək, qalibə gələcəkdə istifadə oluna biləcək pulsuz yemək vermək.
5. Ailəvi yeməyi həm rahat, həm də gəlirli edin
Analar Günündə çox zaman böyük ailə qrupları gəlir, bu isə hər masa üzrə ödənişin və “teykevey” sifarişlərin artması deməkdir—əgər buna hazırsınızsa.
Ailələrin marağını necə cəlb etmək olar
Ailəvi menyu təklifləri: Məsələn, “dörd nəfərlik ziyafət.”
Uşaqlar üçün imkanlar: Rəngləmə vərəqləri, kiçik şirniyyatlar və ya öz desertini hazırlama dəstləri uşaqları əyləndirərkən valideynlər rahat yemək yeyə bilər.
Uşaqlar üçün endirim: “5 yaşadək uşaqlar pulsuz yemək alır” kimi təkliflər ailələri daha çox cəlb edir.
💡 Wolt-dasınızsa, ailəvi paketləri reklam edin ki, çatdırılma sifarişlərini maksimuma çatdırasınız.
6. Analar Günü sıxlığına əməliyyat baxımından hazır olun
Uğurlu Analar Günü pərdəarxası hazırlıqdan asılıdır.
Rahat və axırı xidmət üçün yoxlama siyahısı
Ötən ilin satış məlumatlarına baxın, pik saatları və ən çox sifariş edilən yeməkləri təyin edin.
Onlayn rejimdə iş saatlarınızı, menyunuzu yeniləyin. Wolt-da merchant kimi fəaliyyət göstərirsinizsə, məkanınızın açılış saatlarını necə təyin etməklə bağlı, onların təlimatlarına baxın.
Əməkdaş sayı və hazırlıq səviyyəsini əvvəlcədən təsdiqləyin ki, böyük gün zamanı heyət çatışmazlığı ilə üzləşməyəsiniz.
💡 Artıq Wolt-dasınızsa, Analar Günü paketlərinin və menyu yeniləmələrinin aktiv olduğuna əmin olun və komandanızı məlumatlandırın.
7. Çatdırılma üçün artan təbəbi dəyərləndirin
Analar Gününü hər kəs restoranda qeyd etmir. Bu gündə teykevey və çatdırılma sifarişləri ildən-ilə artır — çünki bir çox müştəri evdə, rahat şəkildə keyfiyyətli yemək yemək istəyir (və Ana da istirahət edə bilir).
Wolt-da artıq mövcudsunuzsa, bunları nəzərdən keçirin:
Analar Günü üçün xüsusi paket yaradın: Müştərilər xüsusi yeməyi asanlıqla sifariş edə bilsinlər.
Wolt Drive-dan istifadə edin: Beləliklə öz çatdırılma heyətiniz olmasa belə sifarişlər tez və effektiv şəkildə çatdırılsın.
Wolt Self-Delivery-i sınaqdan keçirin: Öz kuryer komandanız varsa, bu funksiya ilə Wolt tətbiqində olan daha çox müştəriyə çıxış əldə edə bilərsiniz.
Hər kəs üçün yaddaqalan bayram
Düzgün kampaniyalar sayəsində Analar Günü restoranınız üçün ilin ən gəlirli günlərindən birinə çevrilə bilər.
Əvvəlcədən planlama, düşünülmüş menyu yaratmaq və komandanızı vaxtında hazırlamaqla siz daha çox qonağı qarşılamağa, gəlirinizi artırmağa və unudulmaz təəssürat yaratmağa hazır olacaqsınız.
👀 Hələ Wolt-da deyilsiniz? Evdə qeyd edən yeni müştərilərə çatmaq üçün indi qoşulmaq üçün ideal zamandır!
Getting started is easy – sign up today
Sign up and get the most out of Wolt. Just fill in a few details about your business and you’ll be all set in no time.