İsti havada təhlükəsiz hərəkət edin
Havanın temperaturu artdıqca yolda olarkən daha diqqətli olmaq vacibdir.
Hansı nəqliyyat vasitəsindən istifadə etməyinizdən asılı olmayaraq, isti hava həm sizə, həm də nəqliyyat vasitənizə əlavə yük yarada bilər. Sərin qalmaq üçün bir neçə sadə qaydaya əməl etməklə gün ərzində özünüzü daha rahat hiss edə və təhlükəsiz şəkildə sifarişləri çatdıra bilərsiniz.
Susuz qalmayın
İsti havada açıq havada işləyərkən kifayət qədər su içməyi və sağlam qəlyanaltılar qəbul etməyi tövsiyə edirik. Susuzluq hiss etməzdən əvvəl gün ərzində mütəmadi olaraq su içmək özünüzü daha gümrah hiss etməyinizə kömək edəcək.
Həmçinin yolda olarkən kifayət qədər su götürməyiniz tövsiyə olunur ki, hərəkətdə olduğunuz müddətdə orqanizminizin su balansını qoruya biləsiniz.
Havaya uyğun geyinin
İsti havalarda düzgün geyim seçimi böyük fərq yarada bilər.
Boş və açıq rəngli geyimlər bədəninizin daha sərin qalmasına kömək edir. Pambıq kimi nəfəs alan parçalar hava dövranını yaxşılaşdırır və hərəkət zamanı sizi daha rahat saxlayır.
Günəş altında olarkən dərinizin qorunması da vacibdir. Çölə çıxmazdan əvvəl SPF 30 və ya daha yüksək qoruma faktorlu günəş kremi istifadə etməyiniz və gün ərzində onu yenidən tətbiq etməyiniz tövsiyə olunur. Nəqliyyat vasitəniz üçün uyğundursa, gün eynəyi və papaqdan istifadə etməyiniz də günəşdən qorunmağa kömək edəcək.
İstivurmanın əlamətlərini tanıyın
İsti havada hərəkət edərkən istilikdən yaranan halsızlıq (heat exhaustion) qısa müddətdə inkişaf edə bilər.
Əlamətlərə aşağıdakılar daxildir:
Başgicəllənmə
Ürəkbulanma
Güclü tərləmə
Halsızlıq
Baş ağrısı
Özünü huşunu itirəcək kimi hiss etmək
Sizin sağlamlığınız hər şeydən önəmlidir. Özünüzü pis hiss etdiyiniz halda, hərəkəti dayandırın. Yenidən yola çıxmağa qərar verməzdən əvvəl su için və yüngül, sağlam qidalar qəbul edin.
Unutmayın ki, tətbiqdə onlayn olub-olmamağa və sifariş qəbul edib-etməməyə siz özünüz qərar verirsiniz.
Yola çıxmazdan əvvəl nəqliyyat vasitənizi yoxlayın
İsti hava nəqliyyat vasitənizin işinə də təsir göstərə bilər. Yola çıxmazdan əvvəl onun saz vəziyyətdə olduğuna əmin olun.
Motorlu nəqliyyat vasitələri üçün aşağıdakıları yoxlamağı tövsiyə edirik:
Təkərlərin hava təzyiqi
Kondisioner (mövcuddursa)
Şüşəsilənlər
Texniki mayelərin səviyyəsi
Velosiped və ya elektrikli velosiped istifadə edirsinizsə:
Təkərlərin düzgün şişirdildiyini yoxlayın
Velosipedin texniki cəhətdən saz vəziyyətdə olduğuna əmin olun
Müntəzəm fasilələr verin
Yay aylarında günlərin uzun və havanın isti olması sizi daha uzun müddət işləməyə həvəsləndirə bilər. Lakin öz tempinizi qorumaq, müntəzəm fasilələr vermək diqqətinizi yüksək səviyyədə saxlamağa və istiliklə bağlı yorğunluğun təsirini azaltmağa kömək edəcək.
Unutmayın ki, nə vaxt onlayn olacağınıza və sifariş qəbul edib-etməyəcəyinizə siz qərar verirsiniz.
Bu yay təhlükəsiz hərəkət edin
İsti hava daha çox sifariş və əlavə qazanc imkanları yarada bilər. Lakin təhlükəsizlik hər zaman birinci yerdə olmalıdır.
Yuxarıdakı tövsiyələrə əməl etməklə və sağlamlığınızı ön planda tutmaqla bu yay sifarişləri daha təhlükəsiz şəkildə çatdıra bilərsiniz. Təhlükəsiz sürün və özünüzə diqqət edin!